--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ərdoğan Trampın Ukrayna ilə bağlı təşəbbüsünə dəstək verdi

Aysel Əlibəyli 09 İyul 2026 · 15:22 1030 baxış

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ABŞ Prezidenti Donald Trumpın Ukraynadakı münaqişənin həllinə dair yanaşmasını dəstəklədiyini bəyan edib.

Elpress.az məlumat verir ki, Rəcəb Tayyib Ərdoğan bu fikirləri NATO sammitinin plenar iclasının açılış mərasimində çıxışı zamanı səsləndirib. O bildirib ki, Donald Trampın münaqişənin sülh yolu ilə həllinə yönəlmiş baxışını dəstəkləyir və Ukraynanın prioritet ehtiyaclarının müəyyənləşdirilməsi təşəbbüsünü müsbət qiymətləndirir.Türkiyə liderinin sözlərinə görə, Ankara bir tərəfdən Ukraynaya milli imkanları çərçivəsində hərbi dəstək göstərməyə davam edir, digər tərəfdən isə Rusiya ilə dialoq kanallarını açıq saxlayaraq münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə çalışır. Ərdoğan vurğulayıb ki, Türkiyə bölgədə davamlı sülhün təmin olunması üçün diplomatik səylərini bundan sonra da davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mərakeş millisi Fransa oyununa ciddi itki ilə çıxacaq

Next Article

DİN-də 6 ayın yekunlarına həsr olunan Kollegiya iclası keçirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Aİ-ABŞ ticarəti rekord göstəriciyə yüksəldi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:03 1058 baxış Avropa İttifaqı ilə ABŞ arasında ticarət dövriyyəsi ötən il tarixi maksimuma çataraq 875 milyard avro həcmində qeydə alınıb. Elpress.az məlumat verir ki, Avropa İttifaqı (Aİ) ilə […]

Kiyevə qanlı zərbə: Ölənlərin sayı 15-ə yüksəldi

Aysel Əlibəyli 06 İyul 2026 · 19:30 1040 baxış Rusiya Kiyevə raket və dronlarla hücum etdi: Dağıntılar artır, itkilər ağırlaşır Elpress.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi genişmiqyaslı raket və […]