--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Almaniya Leypsiqdəki dron insidentinə görə Rusiyanı ittiham edə bilər

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:28 1042 baxış

Berlin hadisə ilə bağlı Moskvanı məsul tutmağa və yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Elpress.az xəbər verir ki, Almaniya hökumətinin Leypsiq-Halle hava limanında baş verən dron insidentinə görə Rusiyaya qarşı tədbirlər görməyi nəzərdən keçirdiyi bildirilir.“Politico”nun məlumatına görə, Berlin partlayıcı maddə ilə təchiz olunduğu bildirilən dronun hava limanında aşkarlanması ilə bağlı Rusiyanı məsul tərəf elan etməyə və bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır. Məlumatın mənbələri məsələ ilə tanış olan üç Almaniya rəsmisidir.Nəşr yazır ki, Almaniyanın mümkün addımları Avropa İttifaqı çərçivəsində hazırlanmaqda olan yeni sanksiya paketi ilə eyni vaxtda həyata keçirilə bilər. Kansler Fridrix Mertsin məsələ ilə bağlı mövqeyini yaxın günlərdə, Aİ xarici işlər nazirlərinin İrlandiyada keçiriləcək qeyri-rəsmi toplantısından əvvəl açıqlaması gözlənilir.Almaniya hökumətindən isə bildirilib ki, hadisənin kim tərəfindən törədildiyi ilə bağlı yekun qərar yalnız istintaqın nəticələri tam qiymətləndirildikdən sonra veriləcək. Rusiya tərəfi insidentdə iştirakını rədd edir.ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsində dronun Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli ola biləcəyi bildirilib. Hadisə ilə bağlı Almaniyanın Federal Baş Prokurorluğu tərəfindən də araşdırma aparılır.Bu arada Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işi davam etdirdiyi qeyd olunur. Paketə yüzlərlə fiziki və hüquqi şəxsin daxil edilməsinin nəzərdən keçirildiyi, yeni məhdudiyyətlərin oktyabrda qəbul edilə biləcəyi bildirilir. Rusiya dövlət aktivlərinin istifadəsi məsələsinin də yenidən gündəmə gətirildiyi vurğulanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Nepalda sel və torpaq sürüşmələri: 668 nəfər ölüb

Next Article

FHN-dən hava ilə bağlı əhaliyə xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hörmüz boğazında tankerə dron zərbəsi endirilib

Aysel Əlibəyli 14 Avqust 2026 · 12:52 1038 baxış Hörmüz boğazından çıxan tanker dron hücumuna məruz qalıb Elpress.az xəbər verir ki, Hörmüz boğazında daha bir neft tankerinin dronla hədəfə alındığı bildirilir.Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatlarının […]

Arı hücumuna məruz qalan usta vəfat etdi

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:05 1046 baxış İspartada arı yuvasına isti su tökən mebel ustası faciləvi şəkildə həyatını itirdi Elpress.az xəbər verir ki, Türkiyənin İsparta şəhərində emalatxanasında müştəriləri narahat edən eşşək arısı yuvasına […]

Trampdan İranla bağlı çağırış

Aysel Əlibəyli 19 İyul 2026 · 17:25 1056 baxış Tramp İranın sanksiyalar siyahısına əlavə olunmasını istədi Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp respublikaçıları İranın Rusiya ilə bağlı sanksiyalar haqqında qanun layihəsinə əlavə edilməsinə […]