--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

ABŞ Belarusun iki şirkətinə qarşı sanksiyaları aradan qaldıracaq

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 14:54 1052 baxış

Minsk 25 məhbusu azad edəcək, Vaşinqton iki şirkətə tətbiq olunan sanksiyaları götürəcək

Elpress.az xəbər verir ki, ABŞ və Belarus arasında aparılan danışıqlar nəticəsində aralıq razılaşma əldə olunub.ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koulun sözlərinə görə, xoşməramlı jest olaraq Belarus 25 məhbusu azad edəcək. ABŞ isə “Lakokraska” və “Bellesbumprom” şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldıracaq.Koul bildirib ki, tərəflər qalan məsələlərin həlli istiqamətində danışıqları davam etdirəcəklər. Onun sözlərinə görə, bütün məsələlər razılaşdırıldıqdan sonra əlavə şəxslərin azad edilməsi və Belarus şirkətlərinə qarşı digər sanksiyaların aradan qaldırılması məsələsinə baxılacaq.ABŞ prezidentinin xüsusi nümayəndəsi Minskdə keçirilən danışıqları “çox məhsuldar” adlandırıb və Belarus tərəfinə, o cümlədən Prezident Aleksandr Lukaşenkoya təşəkkür edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

2027-ci il Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

Next Article

Aİ Orta Dəhlizə 12 milyard avroyadək investisiya cəlb edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fransada təhsil böhranı: Makron təcili toplantı keçirəcək

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 20:30 1064 baxış Fransada yuxarı sinif şagirdlərinin davam edən etirazları ölkə rəhbərliyinin gündəminə çıxıb. Elpress.az xəbər verir ki, prezident Emmanuel Makron yaranmış vəziyyəti müzakirə etmək üçün Yelisey sarayında hökumət […]

Fransada üç nüvə reaktoru meduzalara görə dayandırılıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:59 1080 baxış Meduzaların suqəbuledici sistemlərə dolması Qravelin AES-də üç reaktorun işinə fasilə yaradıb Elpress.az xəbər verir ki, Fransanın şimalında yerləşən Qravelin Atom Elektrik Stansiyasında üç reaktorun fəaliyyəti müvəqqəti […]

Zədələnmiş tanker Samsun sahillərində saya oturdu

Aysel Əlibəyli 30 Avqust 2026 · 19:15 1062 baxış Qara dənizdə PUA hücumuna məruz qalaraq zədələnən tanker Türkiyənin Samsun vilayətində sahilə çıxıb. Elpress.az xəbər verir ki, Honqkonq bayrağı altında üzən “M/T Golden Sapling” tankeri Türkiyə […]