--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Türkiyədə tanınmış aktyor Erdal Beşikçioğlu həbs edildi

Aysel Əlibəyli 04 Avqust 2026 · 06:11 1092 baxış

Elpress.az xəbər verir ki, Türkiyənin Ankara şəhərinin Etimesgut bələdiyyəsinin sədri, tanınmış aktyor Erdal Beşikçioğlu korrupsiya istintaqı çərçivəsində saxlanıldıqdan sonra vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb.

Məlumata görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərlik etdiyi Etimesgut bələdiyyəsində aparılan korrupsiya araşdırması çərçivəsində ümumilikdə 55 nəfər barəsində tədbir görülüb. Onlardan 40 nəfər həbs edilib, 4 nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Türkiyənin Daxili İşlər Nazirliyi bildirib ki, Erdal Beşikçioğlu barəsində aparılan istintaq səbəbindən onun bələdiyyə sədri vəzifəsinin icrası müvəqqəti dayandırılıb. Ona qarşı cinayət məqsədilə təşkilat yaratmaq, dövlət qurumlarının fəaliyyətinə mane olmaq, tender proseslərinə müdaxilə, mənimsəmə və rüşvətxorluq kimi ittihamlar irəli sürülüb.

Qeyd edək ki, Erdal Beşikçioğlu təkcə siyasətçi deyil, həm də Türkiyənin tanınmış aktyorlarından biri kimi geniş ictimaiyyət tərəfindən tanınır. Hazırda faktla bağlı istintaq davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aİ sərhədlərində fiziki maneələr təklifi

Next Article

DSX-nin ehtiyata buraxılan polkovniki vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Eldar Əzizovdan yeni təyinat

Aysel Əlibəyli 29 Oktyabr 2026 · 18:24 1068 baxış Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinə yeni rəhbər təyin edilib. Elpress.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin […]

Məktəblərin ətrafında nəzarət GÜCLƏNDİRİLİR

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 11:18 1084 baxış Elpress.az xəbər verir ki, yeni tədris ilinin başlamasına sayılı günlər qalmış Bakıdakı məktəblərin ətrafında yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər artırılıb. Bakı Şəhər Dövlət Yol […]

Bakı–Qəbələ marşrutunda əlavə qatar reysləri olacaq

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 11:06 1100 baxış Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı ilə Qəbələ arasında əlavə qatar reysləri təşkil ediləcək. Elpress.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC sərnişin […]

AMEA-da yeni dövr başlayır: kağız hesabatlar ləğv edilir

Aysel Əlibəyli 29 İyun 2026 · 18:27 1252 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsi sistemində mühüm dəyişikliklərə hazırlıq gedir. Yeni yanaşmaya əsasən, ənənəvi kağız hesabatların mərhələli şəkildə […]