--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqi rəsmiləşdi

Aysel Əlibəyli 03 Avqust 2026 · 17:57 1092 baxış

Prezident İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini nəzərdə tutan qanunvericilik dəyişikliklərini təsdiqləyib.

Elpress.az xəbər verir ki, dövlət başçısı bununla bağlı Ticarət Gəmiçiliyi Məcəlləsində, eləcə də “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Aviasiya haqqında” və digər qanunlara dəyişiklikləri təsdiqləyib.

Qanun dəyişikliyinə əsasən, avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla bütün nəqliyyat növlərində avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün hüquqi baza yaradılıb.Sənəddə “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” anlayışları qanunvericiliyə daxil edilir, avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilir. Eyni zamanda operatorların və nəqliyyat vasitələrinin mülkiyyətçilərinin hüquq və vəzifələri dəqiqləşdirilir.Yeni qaydalara əsasən, avtonom nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatından keçdikdən sonra səlahiyyətli qurumların müəyyən etdiyi ərazilərdə istismar oluna biləcək. Operator fəaliyyəti üçün 5 il müddətinə şəhadətnamə veriləcək və bunun üçün 20 manat dövlət rüsumu ödəniləcək.Bundan başqa, məsafədən idarəetmə mərkəzlərinin yaradılması, istismar zamanı toplanan məlumatların real vaxt rejimində dövlət informasiya sisteminə ötürülməsi və operatorlar tərəfindən 6 ay müddətində saxlanılması nəzərdə tutulur.

Qanunvericilikdə avtonom nəqliyyat vasitələrinin sınaqdan keçirilməsi, qəza və zərərlərə görə məsuliyyət bölgüsü, sığorta tələbləri, həmçinin avtomobillər üçün xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanının tətbiqi də öz əksini tapıb.

Bundan əlavə, mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının dövriyyəsi xüsusi icazə tələb edən əşyalar siyahısına daxil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xırdalanda ər-arvad faciəsi

Next Article

Netanyahudan İran bəyanatı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın ən gənc general-leytenantı bəlli oldu

Aysel Əlibəyli 20 Avqust 2026 · 10:20 1106 baxış Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərova “general-leytenant” ali hərbi rütbəsi təqdim olunub. Elpress.az xəbər verir ki, 39 yaşlı Babək Ələkbərov Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı […]

Naxçıvanda sentyabr pensiyaları ödənilib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:55 1078 baxış Naxçıvan üzrə sentyabr ayına aid pensiya ödənişləri başa çatdırılıb Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında sentyabr ayı üzrə pensiya ödənişləri tam şəkildə həyata keçirilib.Ödənişlər Əmək […]