--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Xankəndidə tələbələr üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:20 1074 baxış

Xankəndidə mina və partlayıcı sursatların yaratdığı təhlükələr barədə tələbələr üçün maarifləndirici tədbir təşkil olunub. Təlim Qarabağ Universitetində təhsil alan gəncləri əhatə edib.

Elpress.az xəbər verir ki, tədbir Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək” layihəsi çərçivəsində baş tutub.Layihəyə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu dəstək göstərib, tədbirlər isə Minatəmizləmə Agentliyinin (ANAMA) koordinasiyası ilə həyata keçirilib.Təlim zamanı tələbələrə müxtəlif mina növləri, partlamamış hərbi sursatlar, tələ və sürpriz minaların yaratdığı təhlükələr barədə məlumat verilib. Eyni zamanda təhlükəli əraziləri müəyyən etməyə imkan verən əlamətlər və şübhəli əşya aşkarlandığı zaman görülməli tədbirlər izah olunub.İştirakçılara belə hallarda təhlükəli əraziyə yaxınlaşmamaq, hər hansı şübhəli əşyaya toxunmamaq və dərhal aidiyyəti qurumlara məlumat verməyin vacibliyi çatdırılıb. Təlim interaktiv formada keçirilib, tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.Layihə rəhbəri Xudaverdi Quliyev çıxışında işğaldan azad edilmiş ərazilərdə məskunlaşma və təhsil prosesinin davam etdiyi bir vaxtda mina təhlükəsi ilə bağlı maarifləndirmənin, xüsusilə gənclər arasında, mühüm əhəmiyyət daşıdığını vurğulayıb.BAMF-ın regional inzibati direktoru Ruslan İbrahimbəyli isə Qarabağ Universitetində bu istiqamətdə növbəti maarifləndirmə tədbirinin keçirildiyini bildirib və tələbələrin fəal iştirakını yüksək qiymətləndirib.Təlimin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış maarifləndirici materiallar təqdim olunub.Qeyd edək ki, Qarabağ Universitetində təşkil olunan tədbirlərlə layihə üzrə nəzərdə tutulan maarifləndirmə işləri yekunlaşıb.

Layihənin əsas məqsədi Ağdam, Ağdərə, Xocalı rayonları və Xankəndidə yaşayan, çalışan və təhsil alan insanların mina təhlükəsi barədə məlumatlılığını artırmaq və mümkün mina hadisələrinin qarşısının alınmasına töhfə verməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sürücülərin nəzərinə: bu yollarda hərəkət məhdudlaşdırılacaq

Next Article

Məktəbdə kimyəvi məhlul təhlükəsi: 8-ci sinif şagirdi xəsarət aldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

2027-ci il qəbul imtahanlarının proqramları açıqlanıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:33 1086 baxış DİM ikinci mərhələ üçün proqramları Azərbaycan və rus dillərində təqdim edib Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 2027-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci […]

Formula-1 ilə əlaqədar Bakı Bulvarında giriş-çıxış məhdudlaşdırılır

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 11:31 1116 baxış Elpress.az xəbər verir ki, Formula-1 Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar Bakı Dənizkənarı Milli Parkının müəyyən hissəsində giriş-çıxış məhdudlaşdırılacaq. Məhdudiyyət 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli […]

AMEA-da yeni dövr başlayır: kağız hesabatlar ləğv edilir

Aysel Əlibəyli 29 İyun 2026 · 18:27 1204 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsi sistemində mühüm dəyişikliklərə hazırlıq gedir. Yeni yanaşmaya əsasən, ənənəvi kağız hesabatların mərhələli şəkildə […]

Azərbaycanda 3 illik bakalavriata keçid hələ mümkün deyil

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:39 1062 baxış Parlament rəsmisi: 3 illik bakalavr sistemi üçün 12 illik orta təhsilə keçid lazımdır Elpress.az xəbər verir ki, Azərbaycanda mövcud təhsil sistemi çərçivəsində bakalavriat pilləsinin üç ilə […]