--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Qaradağda palçıq vulkanlarının mühafizəsinə həsr olunan tədbir keçirilib

Aysel Əlibəyli 14 Avqust 2026 · 18:41 1050 baxış

Qaradağ rayonunda palçıq vulkanlarının mühafizəsi, elmi tədqiqi və ekoloji əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib.

Elpress.az xəbər verir ki, tədbirdə palçıq vulkanlarının qorunmasının yalnız elmi deyil, həm də mühüm ekoloji və ictimai məsuliyyət məsələsi olduğu diqqətə çatdırılıb. Bu təbiət abidələrinin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi və əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Çıxışlarda bildirilib ki, Qaradağ rayonunda yerləşən palçıq vulkanları Azərbaycanın zəngin geoloji və təbii irsinin mühüm hissəsini təşkil edir. Bu unikal təbiət abidələrinin qorunması ilə yanaşı, onların elmi əsaslarla öyrənilməsi, ətraf mühitin təhlükəsizliyinin təmin olunması və turizm potensialından dayanıqlı şəkildə istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində palçıq vulkanlarının ekoloji əhəmiyyəti, onların mühafizəsi və elmi tədqiqi ilə bağlı fikir mübadiləsi aparılıb. İştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr keçirilib.Tədbirdə təbiətin və təbii sərvətlərin qorunması istiqamətində çalışan əməkdaşların fəaliyyəti də diqqətdə saxlanılıb. Təbii sərvətlərin mühafizəsində göstərdikləri səmərəli və məsuliyyətli fəaliyyətə görə 8 nəfər əməkdaş təltif olunub.

Qeyd olunub ki, palçıq vulkanlarının qorunması həm təbiət irsinin gələcək nəsillərə çatdırılması, həm də ekoloji təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Belə tədbirlərin keçirilməsi cəmiyyətdə ekoloji maarifləndirmənin gücləndirilməsinə, təbiətə məsuliyyətli münasibətin formalaşdırılmasına və Azərbaycanın nadir təbiət abidələrinin qorunmasına töhfə verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Trampa qarşı Ankarada sui-qəsd iddiası

Next Article

Bakıda 9 marşrut alternativ yola yönləndirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avropadan Azərbaycana turist axını artmaqda davam edir

Aysel Əlibəyli 02 İyul 2026 · 14:55 1086 baxış Elpress.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana Avropa ölkələrindən 60 min 269 turist səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 […]

Sevil Əliyeva: “2017-ci ildən Bakıda, ata evimdə yaşayıram”

Aysel Əlibəyli 01 Avqust 2026 · 11:11 1046 baxış Ümummilli Lider Heydər Əliyevin qızı, bəstəkar Sevil Əliyeva Azərbaycanda yaşaması ilə bağlı yayılan suallara aydınlıq gətirib. Elpress.az xəbər verir ki, Sevil Əliyeva sosial şəbəkə hesabında paylaşdığı […]

Bakıda bu küçədə hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 28 Avqust 2026 · 17:22 1022 baxış Bakının Mirmahmud Kazımovski küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Elpress.az xəbər verir ki, məhdudiyyət küçənin Mir Cəlal küçəsindən Cavad xan küçəsinə qədər […]