--:--:-- | 12 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Mustafa Abbasbəyli vəzifəsini dəyişib

Aysel Əlibəyli 19 Avqust 2026 · 11:16 1048 baxış

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəyli tutduğu vəzifədən azad edilib.

Elpress.az xəbər verir ki, Abbasbəyli Nazirliyin Aparatında başqa vəzifəyə keçirilib.Məlumata görə, Mədəniyyət Nazirliyində strukturun təkmilləşdirilməsi və kadr dəyişiklikləri ilə bağlı proseslər davam edir. Nazirlikdən bildirilib ki, dəyişikliklərlə bağlı proses başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ilin may ayında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin olunmuşdu. Bundan əvvəl o, 2019-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2020-2024-cü illərdə isə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Mustafa Abbasbəyli iqtisadiyyat nazirinin müşaviri Məmməd Abbasbəylinin qardaşıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan neftinin qiyməti 94 dolları ötüb

Next Article

TƏBİB və Belarus səfirliyi arasında görüş keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nazir: Azərbaycanda hər 3 nəfərdən 2-si oxuduğunu anlamır

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 12:32 1012 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda şagirdlərin oxuduğunu anlama bacarığı ilə bağlı ciddi pedaqoji problem müşahidə olunur. Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı […]

Sabah 3 rayonda qaz təchizatında fasilə olacaq

Aysel Əlibəyli 30 Avqust 2026 · 19:35 1022 baxış Bakının Xətai, Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində müvəqqəti fasilə yaranacaq.Elpress.az xəbər verir ki, payız-qış mövsümünə hazırlıq, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və […]

AMEA-da yeni dövr başlayır: kağız hesabatlar ləğv edilir

Aysel Əlibəyli 29 İyun 2026 · 18:27 1154 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsi sistemində mühüm dəyişikliklərə hazırlıq gedir. Yeni yanaşmaya əsasən, ənənəvi kağız hesabatların mərhələli şəkildə […]