--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Məktəblərdə yeni maliyyələşmə sistemi tətbiq ediləcək

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 00:21 1084 baxış

Elpress.az xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi nəzərdə tutulur.

Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2026–2027-ci tədris ilindən etibarən dövlət büdcəsindən maliyyələşdirilən ümumi təhsil müəssisələrində vəsaitlərin ayrılması mərhələli şəkildə adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçiriləcək.

Yeni mexanizm çərçivəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin məbləği məktəblərin növünə və ümumi təhsilin ayrı-ayrı səviyyələrinə uyğun müəyyənləşdiriləcək. Bu məbləğlərə təhsilin səviyyəsindən asılı olaraq müvafiq artım əmsalları tətbiq olunacaq.

Nazirlər Kabinetinə adambaşına maliyyələşmə prinsipi ilə maliyyələşdiriləcək dövlət ümumi təhsil müəssisələrində bir şagirdə düşən illik xərclərin məbləğini və maliyyələşmə qaydalarını müəyyənləşdirmək tapşırılıb.

Qərara əsasən, Nazirlər Kabineti bu məsələlərlə bağlı qaydaları bir ay müddətində təsdiq etməli və görülən işlər barədə dövlət başçısına məlumat verməlidir.

Elm və Təhsil Nazirliyi isə hər il dövlət büdcəsi hesabına adambaşına maliyyələşdiriləcək dövlət ümumi təhsil müəssisələrinin siyahısını və həmin məktəblərdə təhsil alanların sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.

Maliyyə Nazirliyinə isə fərmandan irəli gələn tədbirlərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Britaniyada terror hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Next Article

SOCAR İtaliyada yanacaq qiymətlərini məhdudlaşdıracaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev FIFA prezidentini qəbul edib

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 13:15 1100 baxış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinonu qəbul edib. Görüş zamanı Azərbaycan ilə FIFA arasında əməkdaşlıq, ölkədə futbolun inkişafı […]

Bakının bu yolunda hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 22:20 1082 baxış Elpress.az xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonunda Moskva prospektinin kənar yolunun Biləcəri enişi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq. Azərbaycan Avtomobil Yolları […]

Sabah bu rayonlarda leysan yağacaq – XƏBƏRDARLIQ

Aysel Əlibəyli 30 İyun 2026 · 13:14 1204 baxış Elpress.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutqun və əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla yanaşı, gecə saatlarında yarımadanın bəzi […]