--:--:-- | 08 Avqust 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib

Elşən 22 İyul 2026 · 09:32 1042 baxış

Bu gündən etibarən ümumi təhsil müəssisələrinin direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.

Elpress.az xəbər verir ki, müsahibələrdə iyunun 29-dan iyulun 8-dək keçirilmiş elektron ərizə qəbulu mərhələsində qeydiyyatdan keçən namizədlər iştirak edirlər.

İlkin mərhələdə müsahibələr şagird sayı 500-dək olan ümumi təhsil müəssisələri üzrə şəhər və regional təhsil idarələri tərəfindən təşkil edilir.

Müsabiqə qaydalarına əsasən, namizədlər vakant vəzifələr üzrə ardıcıllıqla müsahibəyə dəvət olunacaq və uyğun namizəd müəyyən edilənədək bu proses davam edəcək.

Müsahibə zamanı iştirakçıların liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, idarəçilik və təşkilatçılıq, ünsiyyət bacarıqları, problemlərin həlli və qərarvermə, rəqəmsal savadlılıq, eləcə də sosial və emosional bacarıqları olmaqla 7 əsas meyar üzrə qiymətləndirilməsi aparılacaq.

Müsahibəyə dəvətlə bağlı məlumatlar namizədlərin şəxsi kabinetlərinə mərhələli şəkildə göndərilir. Bu səbəbdən iştirakçılara şəxsi səhifələrini mütəmadi yoxlamaları tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Limon turşusu” ləqəbli tiktoker həbs edildi

Next Article

Azərbaycan kinosuna ağır itki: Xalq artisti Tofiq Mirzəyev vəfat etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

DİN-in tabeliyindəki üç uşaq bağçası BŞTİ-yə təhvil verildi

Aysel Əlibəyli 06 Avqust 2026 · 11:14 1016 baxış Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən üç məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib. Elpress.az xəbər verir ki, bu barədə BŞTİ məlumat […]

Miqren tutmaları və onlarla mübarizə

Aysel Əlibəyli 07 Avqust 2026 · 08:46 1018 baxış Miqreni tətikləyən səbəblər və tutmaları yüngülləşdirməyin sadə yolları Elpress.az xəbər verir ki, Miqren auralı və aurasız olmaqla iki növə bölünən nevroloji tutmadır. Düzgün qidalanmamaq, stres, kəskin […]

Tez yuxuya getmək həmişə yaxşı əlamət deyil

Aysel Əlibəyli 24 İyul 2026 · 16:06 1030 baxış Mütəxəssislər yuxuya çox tez getməyin səbəbini açıqlayıblar Elpress.az xəbər verir ki, Mütəxəssislərin fikrincə, sağlam insanın yuxuya getməsi adətən 10-20 dəqiqə çəkir. Əgər insan hər dəfə yatağa […]