--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bu gün elektrik enerjisi ilə bağlı MƏHDUDİYYƏT olacaq

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 09:02 1068 baxış

Elpress.az xəbər verir ki, sentyabrın 4-də Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, məhdudiyyətlər elektrik şəbəkələrində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədardır. Görülən tədbirlər artan yük tələbatının qarşılanması və enerji təchizatının keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.
Yasamal rayonunda Abbas Mirzə Şərifzadə və Tağı Şahbazi küçələrinin, həmçinin İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Xətai rayonunda, Kazımağa Kərimov küçəsində 10 kV-luq elektrik xəttində aparılacaq işlərlə əlaqədar saat 10:00-dan 15:00-dək enerji təchizatı dayandırılacaq.
Masazır qəsəbəsində isə 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında aparılacaq yenidənqurma işləri səbəbindən saat 01:00-dan 03:00-dək fasilə olacaq.
Məhdudiyyət Masazırın Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev və İlham Vahid küçələrinin bəzi hissələrini əhatə edəcək.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dünya birjalarında yüksəliş: əsas fond indeksləri artıb

Next Article

Kahramanmaraşdakı “Azərbaycan” yaşayış məhəlləsi bir neçə aya tamamlanacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Naxçıvanda DOST Mərkəzinin açılışında iştirak edib

Aysel Əlibəyli 11 Avqust 2026 · 21:16 1070 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Naxçıvan şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılış mərasimində […]

İnam Kərimov: “Süni intellekt hakimi əvəz edə bilməz”

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 15:30 1094 baxış Ali Məhkəmənin sədri İnam Kərimov süni intellektin məhkəmə sistemində insan hakimlərin fəaliyyətini tam əvəz etməsinin mümkün olmadığını bildirib. Elpress.az xəbər verir ki, İnam Kərimov süni intellektə […]

108 illik fədakarlıq yolu: İnsanların təhlükəsizliyi naminə

Aysel Əlibəyli 02 İyul 2026 · 16:03 1134 baxış Elpress.az-dan Azərbaycan Polisi Gününə həsr olunan xüsusi təbrik. Bəzən təhlükəsizlik səssiz qəhrəmanların əməyinin nəticəsi olur. Küçələrdəki rahatlıq, insanların evlərinə arxayın qayıtması, asayişin qorunması görünməyən, amma hər […]