Elpress.az xəbər verir ki, 2026–2027-ci tədris ili üzrə birinci sinfə qəbul zamanı üzrlü səbəbdən gecikmiş uşaqlar üçün boş yerlərə elektron seçim imkanı yenidən yaradılacaq.
Məktəb və müəllim seçimi prosesi 16 sentyabr saat 11:00-da aktivləşəcək və 30 sentyabr saat 15:00-dək davam edəcək.Məktəbəqebul.edu.az portalı vasitəsilə göstərilən müddətdə övladı üçün sorğu yerləşdirən valideynlər daha sonra tələb olunan sənədlərlə seçdikləri məktəbə müraciət edərək qəbul prosesini tamamlaya bilərlər.
Qeyd olunub ki, bu imkan yalnız birinci sinfə qeydiyyatı üzrlü səbəbdən gecikmiş və müəyyən edilmiş müddət ərzində elektron sistemdə sorğu yerləşdirən uşaqlara şamil olunur.Məlumata görə, yeni tədris ili üzrə indiyədək 124 mindən çox uşaq birinci sinfə qəbul edilib.


