Elpress.az xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonunda Moskva prospektinin kənar yolunun Biləcəri enişi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudiyyət 4 sentyabr saat 20:00-dan qüvvəyə minəcək.Hərəkət yolun təmiri başa çatdırılanadək bağlı saxlanılacaq.
Sürücülərdən sözügedən müddətdə alternativ marşrutlardan istifadə etmələri və yol təsərrüfatı işlərinin aparılması ilə bağlı tətbiq edilən məhdudiyyətlərə anlayışla yanaşmaları xahiş olunur.


