--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Həkimlərin maaşında yeni model: pasiyent sayı və xidmət keyfiyyəti əsas götürüləcək

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 22:55 1104 baxış

Elpress.az xəbər verir ki, ambulator tibbi xidmət göstərən həkimlərin əməkhaqqının hesablanmasında yeni yanaşma tətbiq olunur.

Dəyişikliklə həkimlərin əlavə ödənişlərinin yalnız göstərilən xidmətlərin sayına deyil, həm də pasiyent məmnuniyyəti və tibbi xidmətin keyfiyyətinə bağlanması nəzərdə tutulur.Yeni sistemdə hər pasiyentə görə hesablanan kiçik faizli ödənişlərin əvəzinə həkimlər üçün aylıq qəbul göstəricisinə uyğun sabit əlavə ödəniş müəyyənləşdiriləcək.

TƏBİB-in məlumatına əsasən, Bakı, Sumqayıt, Gəncə və Abşeron üzrə ambulator qəbul aparan həkimlər üçün əlavə ödənişlər belə olacaq:

Gündəlik orta pasiyent sayı Aylıq əlavə ödəniş

22 pasiyent 1 200 manat

30 pasiyent 1 600 manat

36 pasiyent 1 800 manat

Beləliklə, məsələn, poliklinikada çalışan həkim gündə orta hesabla 30 pasiyent qəbul edərsə, vəzifə maaşından əlavə 1 600 manat əldə edə bilər.Yeni mexanizmin əsas məqsədlərindən biri tibbi xidmətin daha pasiyentyönümlü qurulmasıdır. Eyni zamanda, həkimlərin göstərdikləri xidmətin keyfiyyətinə görə daha yüksək maddi həvəsləndirilməsi nəzərdə tutulur.

TƏBİB bildirir ki, xidmətin keyfiyyəti və pasiyent məmnunluğu nə qədər yüksək qiymətləndirilərsə, həkimin əldə etdiyi əlavə ödəniş də bir o qədər artacaq.Bu yanaşmanın həkimləri pasiyentlərlə daha diqqətli və keyfiyyətli ünsiyyət qurmağa, göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə təşviq edəcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının bu yolunda hərəkət məhdudlaşdırılacaq

Next Article

Bakının əsas yollarında sıxlıq müşahidə olunur – SİYAHI

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəhid ailəsi üzvlərinə müəllim yeri seçimi imkanı

Aysel Əlibəyli 01 İyun 2026 · 19:24 1199 baxış Şəhid ailəsi üzvləri üçün təşkil olunan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Elpress.az -ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil […]

Sabah 39 dərəcə isti olacaq

Aysel Əlibəyli 23 İyul 2026 · 13:48 1092 baxış İyulun 24-də Azərbaycanda havanın 39 dərəcəyədək isinəcəyi gözlənilir Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 24-də Azərbaycanda hava əsasən yağmursuz keçəcək. Bakıda və […]

Kimlər Günəşdən qorunmalıdır?

Aysel Əlibəyli 31 İyul 2026 · 12:39 1084 baxış Mütəxəssis xəbərdarlıq etdi: bu şəxslər Günəş şüalarından uzaq durmalıdır Elpress.az xəbər verir ki, Günəş işığının insan orqanizmi üçün bir sıra faydaları olsa da, bəzi şəxslər üçün […]

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Elşən 19 May 2026 · 14:06 1184 baxış Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!” Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz […]