--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azyaşlılar üçün pasport müraciəti “mygov”da elektronlaşdırıldı

Aysel Əlibəyli 31 Avqust 2026 · 11:50 1074 baxış

Ədliyyə Nazirliyinin təqdim etdiyi “Azyaşlıya pasportun verilmə ərizəsi” xidməti “mygov” platformasına inteqrasiya olunub.

Elpress.az xəbər verir ki, yeni xidmət vasitəsilə 18 yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun verilməsi üçün valideyn, övladlığa götürən, qəyyum və ya himayəçinin notariat qaydasında təsdiqlənmiş razılığı elektron formada rəsmiləşdirilə bilər.Bu imkan xüsusilə valideynlərdən birinin prosesdə fiziki iştirak edə bilmədiyi hallarda vətəndaşlar üçün əlavə rahatlıq yaradacaq.Xidmətdən istifadə etmək üçün “mygov” platformasında “Xidmətlər” → “Ailə” bölməsinə daxil olaraq müvafiq xidmət seçilməlidir. Sistem övladlar barədə mövcud məlumatları avtomatik göstərəcək.Müraciət zamanı tələb olunan məlumatlar daxil edildikdən sonra razılıq ərizəsi notarius tərəfindən video verifikasiya vasitəsilə təsdiqlənir.

Ödəniş həyata keçirildikdən sonra ərizənin elektron formada rəsmiləşdirilməsi tamamlanır.Vətəndaşlar müraciətin statusunu “Tarixçə” bölməsindən izləyə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yük qatarının hərəkəti zamanı faciə baş verdi

Next Article

Paşinyan İlham Əliyevlə görüş üçün Bişkekə gəlib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvanda sentyabr pensiyaları ödənilib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:55 1064 baxış Naxçıvan üzrə sentyabr ayına aid pensiya ödənişləri başa çatdırılıb Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında sentyabr ayı üzrə pensiya ödənişləri tam şəkildə həyata keçirilib.Ödənişlər Əmək […]

Avqust ayının sosial ödənişləri tam ödənilib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:17 1070 baxış Avqust ayı üzrə müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi həyata keçirilib. Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial […]

Bakıda beynəlxalq etik haker konfransı keçiriləcək

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:40 1062 baxış “CyberHackCon 2026” kibertəhlükəsizlik üzrə mütəxəssisləri Bakıda bir araya gətirəcək Elpress.az xəbər verir ki, Oktyabrın 27-də Bakıda ilk beynəlxalq etik haker konfransı – “CyberHackCon 2026” keçiriləcək.Tədbirdə etik […]