--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda qonaq evlərinə yeni dəstək mexanizmləri yaradılacaq

Aysel Əlibəyli 11 Avqust 2026 · 11:09 1058 baxış

Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə, o cümlədən qonaq evlərinə dövlət dəstəyi göstərilməsi planlaşdırılır.

Elpress.az Report-a istinadən xəbər verir ki, bu məsələ “Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın layihəsində öz əksini tapıb.Dövlət Turizm Agentliyindən bildirilib ki, layihədə turizm sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, Dövlət Proqramının layihəsi hazırda aidiyyəti üzrə son razılaşma mərhələsindədir. Proqram təsdiqləndikdən sonra nəzərdə tutulan dəstək mexanizmləri barədə daha ətraflı məlumat veriləcək.Hazırda kənd qonaq evlərinin dəstəklənməsi istiqamətində müxtəlif mexanizmlər tətbiq olunur. Bunlardan biri “Turistik kənd” layihəsidir.Layihə çərçivəsində kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsi, yerli əhalinin turizm fəaliyyətinə cəlb olunması və özünüməşğulluq imkanlarının genişləndirilməsi hədəflənir.

Bildirilib ki, özünüməşğulluq proqramının “Aqroturizm” zərfi üzrə indiyədək 12 kənd qonaq evi müvafiq avadanlıqlarla təmin edilib.Onlardan 2-si Qusar rayonunun Laza, 3-ü Qax rayonunun Sarıbaş, 6-sı İlisu, 1-i isə Qəbələ rayonunun Duruca kəndində yerləşir.

Qeyd olunub ki, bu dəstək kəndlərdə turizm potensialından daha səmərəli istifadəyə, qonaq evlərinin xidmət imkanlarının və keyfiyyətinin yüksəldilməsinə, həmçinin regionlarda sahibkarlıq və özünüməşğulluğun artırılmasına şərait yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlıqla bağlı Saziş təsdiqlənib

Next Article

Günəş tutulması Avropada elektrik enerjisi istehsalını azaldacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nadir albino puma dünyaya gəldi

Aysel Əlibəyli 28 İyul 2026 · 13:55 1056 baxış Latın Amerikasında mavi gözlü və çəhrayı burunlu albino puma doğulub Elpress.az xəbər verir ki, Latın Amerikasında nadir albino puma dünyaya gəlib. Mütəxəssislərin sözlərinə görə, melanin çatışmazlığı […]

Naxçıvanda sentyabr pensiyaları ödənilib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:55 1030 baxış Naxçıvan üzrə sentyabr ayına aid pensiya ödənişləri başa çatdırılıb Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında sentyabr ayı üzrə pensiya ödənişləri tam şəkildə həyata keçirilib.Ödənişlər Əmək […]

Azərbaycanda 3 illik bakalavriata keçid hələ mümkün deyil

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:39 1042 baxış Parlament rəsmisi: 3 illik bakalavr sistemi üçün 12 illik orta təhsilə keçid lazımdır Elpress.az xəbər verir ki, Azərbaycanda mövcud təhsil sistemi çərçivəsində bakalavriat pilləsinin üç ilə […]