--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirib

Aysel Əlibəyli 28 İyun 2026 · 15:32 120 baxış

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib.

Səfər çərçivəsində Zakir Fərəcov Lüdviqshafen şəhərinin meri, professor Klaus Blattnerlə görüşərək iki şəhər arasında uzun illərdir davam edən dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə edib.

Elpress.az xəbər verir ki, Görüşdə Sumqayıt və Lüdviqshafen arasında qardaşlaşmış şəhər münasibətlərinin əsası 1977-ci ildə qoyulub və ötən illər ərzində tərəflər arasında qarşılıqlı etimad və səmərəli əməkdaşlıq formalaşıb. Mədəniyyət, təhsil, gənclər siyasəti, ekologiya və şəhər idarəçiliyi sahələrində həyata keçirilən birgə layihələrin bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb.

Tərəflər, həmçinin gələn il qeyd olunacaq Sumqayıt-Lüdviqshafen qardaşlaşmasının 50 illik yubileyi ilə bağlı tədbirləri və birgə layihələri də müzakirə ediblər. Qeyd olunub ki, yarım əsrlik əməkdaşlıq hər iki şəhər üçün uğurlu beynəlxalq tərəfdaşlıq modelinə çevrilib.

Görüşdə Lüdviqshafenin sabiq meri Eva Lohse də iştirak edib. O, iki şəhər arasında münasibətlərin inkişafına bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.

Səfər proqramı çərçivəsində Sumqayıt nümayəndə heyətinin şərəfinə Lüdviqshafen şəhərinin ənənəvi Şəhər Günü münasibətilə konsert proqramı təşkil olunub. Tədbirdə çıxış edən Zakir Fərəcov iki şəhər arasında formalaşan dostluq əlaqələrinin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb və yeni seçilmiş mer Klaus Blattnerə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nümayəndə heyəti Almaniyada fəaliyyət göstərən Sumqayıtlı Dostlar Cəmiyyətinin üzvləri ilə də görüşüb. Görüşdə cəmiyyətin iki şəhər arasında humanitar və mədəni əlaqələrin inkişafına verdiyi töhfə yüksək qiymətləndirilib.

Səfər zamanı nümayəndə heyəti Lüdviqshafen şəhərinin tarixi və mədəni irsi ilə də yaxından tanış olub, muzey-qəsr kompleksini və regionun tanınmış tarixi abidələrindən olan Maudax qəsrini ziyarət edib.

Qeyd edək ki, Sumqayıt və Lüdviqshafen arasında təxminən 50 ilə yaxın davam edən qardaş şəhər münasibətləri Azərbaycan-Almaniya əlaqələrinin inkişafında uğurlu beynəlxalq əməkdaşlıq nümunələrindən biri hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan cüdosunda növbəti uğur: Avropa Açıq Turnirində 3 medal

Next Article

İran İsrailə ultimatum verdi: Livandan tezliklə çıxın

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qarabağ Tallin” Brüsseldən gümüş medalla döndü

Aysel Əlibəyli 08 İyun 2026 · 15:50 108 baxış Belçikanın paytaxtı Brüsseldə təşkil olunan III Beynəlxalq “Suqovuşan” minifutbol turnirinə yekun vurulub. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların və digər xalqların nümayəndələrinin formalaşdırdığı həvəskar komandaların qatıldığı yarışda 24 […]