--:--:-- | 16 İyul 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

“Qarabağ Tallin” Brüsseldən gümüş medalla döndü

Aysel Əlibəyli 08 İyun 2026 · 15:50 108 baxış

Belçikanın paytaxtı Brüsseldə təşkil olunan III Beynəlxalq “Suqovuşan” minifutbol turnirinə yekun vurulub.

Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların və digər xalqların nümayəndələrinin formalaşdırdığı həvəskar komandaların qatıldığı yarışda 24 kollektiv mübarizə aparıb. Elpress.az Azərtaca-a istinadən xəbər verir ki, Turnirdə Estoniyadakı azərbaycanlıları təmsil edən “Qarabağ Tallin” komandası da iştirak edib.Estoniya-Azərbaycan “Birlik” icmasının və azərbaycanlı sahibkarların dəstəyi ilə yarışa qatılan komanda uğurlu çıxışı ilə diqqət çəkib. Tallin təmsilçisi keçirdiyi 9 qarşılaşmanın 8-də qalib gələrək final mərhələsinə yüksəlməyi bacarıb.Həlledici oyunda rəqibinə uduzan “Qarabağ Tallin” turniri gümüş medallarla başa vurub.Komandanın üzvü Lev Visman isə turnir boyu nümayiş etdirdiyi oyuna görə yarışın ən yaxşı futbolçusu adına layiq görülüb.Qeyd edək ki, yarışda Gürcüstan, Qazaxıstan, Özbəkistan, Ukrayna və Pakistan da daxil olmaqla müxtəlif ölkə və təşkilatların komandaları iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran İsrailə xəbərdarlıq etdi: Hücumlar davam etsə, cavab daha sərt olacaq

Next Article

Uşaqlara uyğun olmayan görüntülərin göndərilməsinə məhdudiyyət

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Daha bir diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 16:02 18 baxış Rusiyada fəaliyyət göstərən “Samara Vilayəti Azərbaycanlıları Liqası”nın sədri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib. Elpress.az xəbər verir ki, “Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan […]

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Aysel Əlibəyli 16 İyun 2026 · 00:22 82 baxış Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış ediblər. Elpress.az xəbər verir ki, Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında […]