--:--:-- | 24 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

BDU liseyinin şagirdləri Beynəlxalq olimpiadalarda Azərbaycana medallar qazandırdı

Aysel Əlibəyli 18 İyul 2026 · 22:27 1060 baxış

Elpress.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdləri beynəlxalq olimpiadalarda növbəti uğurlara imza atıblar.

Liseyin XI sinif şagirdi Elman Kərimli 58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2026) Azərbaycanı uğurla təmsil edərək bürünc medal qazanıb. Respublika Fənn Olimpiadasının qızıl medalçısı olan Elman daha əvvəl 60-cı Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında da bürünc medala layiq görülüb.

Liseyin IX sinif şagirdi Məhəmməd Abdulla isə Bolqarıstanın Varna şəhərində keçirilən XII Avropa Coğrafiya Olimpiadasında üçüncü yeri tutaraq bürünc medal əldə edib. O, həmçinin Moskva şəhərində təşkil olunan II Beynəlxalq Açıq Coğrafiya Olimpiadasının da bürünc medalçısıdır.

Qeyd edək ki, lisey şagirdlərinin beynəlxalq yarışlardakı növbəti uğurları Azərbaycanın elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərə daha bir töhfə kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Oman sahillərində tankerə hücum: Hərbi fəaliyyət gəmiyə zərər vurdu

Next Article

DÇ-2026: İngiltərə Fransanı dramatik oyunda məğlub edərək bürünc medala sahib çıxdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ADA Universitetində Karyera sərgisi keçirildi

Elşən 29 Aprel 2026 · 13:35 1121 baxış Aprelin 24-də ADA University-də 14-cü Karyera sərgisi təşkil olunub. Tədbirdə müxtəlif sahələri təmsil edən ümumilikdə 150-yə yaxın qurum iştirak edib. Sərgidə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət […]

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Aysel Əlibəyli 16 İyun 2026 · 00:22 1110 baxış Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış ediblər. Elpress.az xəbər verir ki, Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında […]