--:--:-- | 25 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazandı

Aysel Əlibəyli 26 İyul 2026 · 19:09 1056 baxış

Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu çıxışı ilə diqqət çəkib.

Elpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü 500 metr məsafəyə birnəfərlik kanoe yarışında final mərhələsində yüksək nəticə göstərərək fəxri kürsüyə yüksəlib.

İdmançı A finalında finiş xəttini ikinci keçərək Avropa çempionatının gümüş medalına layiq görülüb və Azərbaycanın aktivinə növbəti uğuru yazdırıb.

Bu nəticə Tatyana Smilovenkonun Azərbaycan millisinin heyətində qitə birinciliklərində qazandığı ikinci medal olub. O, ötən il Rumıniyanın Piteşti şəhərində keçirilən 23 yaşadək idmançılar arasında Avropa çempionatında bürünc medal əldə etmişdi. Bu dəfə isə nəticəsini yaxşılaşdıraraq Avropa ikincisi adına sahib çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hadisədən səhnədə duyğulandıran addım: Körpəyə qiymətli hədiyyə vədi

Next Article

Füzulidə aerokosmik festival gəncləri bir araya topladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Ukraynanın sabiq prezidenti ilə görüşüb

Aysel Əlibəyli 17 Avqust 2026 · 13:46 1020 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb. Görüş zamanı tərəflər 20 ildən artıq davam edən […]