--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Aqil Ələsgər Qazaxıstanda ordenlə təltif edildi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 22:35 1127 baxış

Azərbaycanlı jurnalist Aqil Ələsgər Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq tədbirdə xüsusi ordenə layiq görülüb. Təltif Türk dünyasında media və vətəndaş cəmiyyəti sahəsindəki fəaliyyətlə əlaqələndirilib.

Elpress.az xəbər verir ki, Aqil Ələsgər Oljas Süleymanovun 90 illik yubileyinə həsr olunan “Bilik mədəniyyətinə dəstək” IX Beynəlxalq Konfransında iştirak edib. Tədbirdə Mərkəzi Asiya və Türk dünyasının tarixi-mədəni əlaqələri, eləcə də intellektual irsin qorunması ilə bağlı məsələlər müzakirə olunub.

Konfrans çərçivəsində müxtəlif ölkələrdən media və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirən Aqil Ələsgər Azərbaycan mediasının Türk dünyasındakı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsində iştirak edib.

Səfər zamanı jurnalistə Türk dünyasında media və vətəndaş cəmiyyətinin inkişafına, həmçinin dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Kəməl Tokayev adına “Kəməl Ata Kəməngər” ordeni təqdim olunub. Mükafatı UNESCO-nun nəzdində fəaliyyət göstərən Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin direktor müavini Səltənət Aşimova təqdim edib.

Qeyd edək ki, orden Kəməl Tokayevin adını daşıyır. O, tanınmış qazax yazıçısı olmaqla yanaşı, İkinci Dünya müharibəsinin iştirakçısı və Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin atasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Güclü yağışlarla bağlı Bakıda tədbirlər gücləndirildi

Next Article

Naxçıvanın Bakıdakı nümayəndəliyində maliyyə yoxlaması

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AzTU-da beynəlxalq müsabiqə: qalibə Berlin imkanı

Aysel Əlibəyli 03 İyul 2026 · 21:27 1164 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) və Alman Akademik Mübadilə Xidmətinin birgə təşkilatçılığı ilə universitetdə “Falling Walls Lab” beynəlxalq müsabiqəsi keçirilib. Tədbirin açılışında çıxış […]

Nyu-Yorkda azərbaycanlı gənclərin iştirakı ilə görüş keçirilib

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 18:23 1056 baxış Elpress.az xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərində yaşayan və təhsil alan azərbaycanlı gənclər üçün şəbəkələşmə tədbiri təşkil olunub.“Meet & Greet” formatında keçirilən görüşdə 40-a yaxın azərbaycanlı […]

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirib

Aysel Əlibəyli 28 İyun 2026 · 15:32 1208 baxış Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib. Səfər çərçivəsində Zakir Fərəcov Lüdviqshafen şəhərinin meri, professor Klaus Blattnerlə […]