ABŞ-ın Avropadakı ali hərbi komandanı Aleksus Qrinkeviç Pentaqona İsraili İranın mümkün ballistik raket hücumlarından qorumaq üçün ölkəsinin kifayət qədər hərbi-dəniz qüvvələrinə malik olmadığını bildirib.
Elpress.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.Nəşrin məlumatına görə, Qrinkeviç Pentaqona ünvanladığı məxfi məktubda əlavə esmineslərin ayrılmayacağı halda ABŞ-ın Avropadakı Komandanlığının çətin seçim qarşısında qalacağını qeyd edib. Bildirilir ki, belə vəziyyətdə prioritet İsrailin deyil, ilk növbədə ABŞ ərazisinin müdafiəsi olacaq.
Məlumata əsasən, bu xəbərdarlıq Yaxın Şərqdə gərginliyin artdığı və İranla mümkün qarşıdurma fonunda ABŞ-ın bölgədəki hərbi resurslarının məhdudlaşdığı bir dövrdə edilib. Bu vəziyyət regionun təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırır.



