--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Zakir Həsənov: Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən biridir

Aysel Əlibəyli 25 İyun 2026 · 15:54 46 baxış

Elpress.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun maddi-texniki təminatı, müasir silah arsenalı, texnoloji imkanları və peşəkar şəxsi heyəti ilə regionun ən güclü ordularından biri olduğunu bildirib.

Nazir bu fikirləri Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun məzun buraxılışı mərasimində səsləndirib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasəti Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə yüksəlib.

Zakir Həsənov vurğulayıb ki, Ali Baş Komandanın “Bizim ordumuz bizim qürurumuzdur” ifadəsi bu gün öz təsdiqini tapmış reallıqdır.

Müdafiə naziri xatırladıb ki, bu il 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin altıncı ildönümü qeyd olunur. Onun sözlərinə görə, həmin qələbə təkcə hərbi üstünlüyün deyil, həm də milli birliyin, siyasi iradənin və ordunun peşəkarlığının təntənəsi idi.

Zakir Həsənov məzunlara müraciət edərək bildirib ki, onlar gələcəkdə rəhbər və komandir kimi xidmət edəcək, ölkənin müdafiə potensialının daha da güclənməsinə töhfə verəcəklər.

Nazir, həmçinin zabitlərin hazırlanmasında Türkiyə Silahlı Qüvvələrinin rolunu yüksək qiymətləndirib və buna görə təşəkkürünü ifadə edib.O əlavə edib ki, Azərbaycan, Qırğızıstan və Tacikistandan olan məzunlar əldə etdikləri bilik və bacarıqlarla ölkələri arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə də töhfə verəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan elmi üçün mühüm uğur: Rusiyadan rəsmi tanınma

Next Article

Hikmət Hacıyev Fransa ilə əlaqələrin gələcəyini müzakirə etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Britaniyalı nazir bildirib ki, Azərbaycan Böyük Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində mühüm və etibarlı tərəfdaş olaraq qalır.

Aysel Əlibəyli 30 May 2026 · 18:49 102 baxış Azərbaycanın Böyük Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində əhəmiyyətli tərəfdaş olduğu bildirilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon […]

Bakıda İƏT Parlament İttifaqının sessiyası keçiriləcək

Aysel Əlibəyli 18 İyun 2026 · 16:56 92 baxış İyunun 22-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzv parlamentlərinin Parlament İttifaqı Konfransının 20-ci sessiyası öz işinə başlayacaq. Tədbirdə 40-dan çox ölkənin parlament nümayəndə heyətləri, 10-dan çox ölkə […]