--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Zakir Fərəcov səyyar görüş təşkil edib.

Aysel Əlibəyli 05 İyun 2026 · 15:33 133 baxış

Zakir Fərəcov tərəfindən şəhər sakinləri ilə birbaşa ünsiyyətin gücləndirilməsi məqsədilə təşkil olunan səyyar görüşlər davam etdirilir. Növbəti vətəndaş qəbulu Sumqayıtın 9-cu mikrorayonunda keçirilib və görüş bu ərazidə təşkil olunub.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Zakir Fərəcov-un rəhbərliyi ilə keçirilən səyyar qəbulda şəhər icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və sakinlər iştirak ediblər. Görüş zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər geniş şəkildə müzakirə olunub.Sakinlər əsasən məşğulluq, sosial təminat, məhəllədaxili abadlıq, infrastrukturun yenilənməsi və digər sosial mövzularla bağlı problemlərini və təkliflərini səsləndiriblər.Şəhər rəhbəri tərəfindən müraciətlərin tez bir zamanda araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.Qeyd olunub ki, Sumqayıtda aparılan abadlıq və quruculuq işləri, sosial infrastrukturun yenilənməsi və şəhər təsərrüfatının müasirləşdirilməsi mərhələli şəkildə davam etdirilir və bu tədbirlər sakinlərin rifahının yüksəldilməsinə xidmət edir.Səyyar qəbulda iştirak edən vətəndaşlar isə müraciətlərə həssas yanaşmaya görə təşəkkürlərini bildirərək, bu cür görüşlərin problemlərin operativ həllində mühüm rol oynadığını vurğulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Avtoyuma məntəqəsində 4 minlik boyunbağı oğurlandı

Next Article

Dövlət qurumlarında 16 vakansiya üzrə müsahibə elan edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və Rusiya parlamentləri arasında görüş keçirilib

Aysel Əlibəyli 18 İyun 2026 · 16:27 92 baxış Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüş keçirib. Görüş Azərbaycan–Rusiya parlamentlərarası əməkdaşlığının genişləndirilməsi məqsədilə ölkəmizdə keçirilən Parlamentlərarası Əməkdaşlıq […]

Ramiz Mehdiyevin ev həbsi ilə bağlı iddialara aydınlıq gətirildi

Aysel Əlibəyli 10 İyun 2026 · 18:25 82 baxış Dövlətçilik əleyhinə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş qətimkan tədbirinin müddəti artırılıb. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi […]