--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Prezidentdən sülh mesajı: “Bu gün nəticələri hiss edirik”

Aysel Əlibəyli 02 İyul 2026 · 00:07 1038 baxış

Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə birgə mətbuata bəyanatında Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha vurğulayıb.Dövlət başçısı bildirib ki, Azərbaycan sülhün yalnız sənədlərdə deyil, real həyatda da hiss olunması üçün mühüm addımlar atıb.Onun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin uzun illər işğal altında saxlanılması səbəbindən tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb və hazırda Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına tranzit imkanları yaradılıb. Prezident əlavə edib ki, ölkə Ermənistana benzin və dizel kimi mühüm yanacaq məhsullarının tədarükünə də başlayıb.İlham Əliyev qeyd edib ki, bu addımlar Azərbaycanın sülhə səmimi yanaşmasının göstəricisidir:“Beləliklə, biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik”.Prezident xatırladıb ki, Azərbaycanın torpaqları 30 il işğal altında qalıb, ölkə isə suverenliyini və ərazi bütövlüyünü hərbi və siyasi yollarla bərpa edib. Bununla yanaşı, Azərbaycanın Ermənistana sülh təklifi verdiyini diqqətə çatdıran dövlət başçısı bildirib ki, əsas məqsəd mövcud sülh mühitini möhkəmləndirmək və onu uzunmüddətli etməkdir.İlham Əliyev çıxışının sonunda Avropa Komissiyasının bu istiqamətdə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini də vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötdü

Next Article

Belçika Seneqalla üz-üzə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

QHT-lər üçün “bir pəncərə” sistemi tətbiq ediləcək

Aysel Əlibəyli 22 İyun 2026 · 19:44 1070 baxış Elpress.az xəbər verir ki, Nazirlər Kabineti qeyri-hökumət təşkilatlarının (QHT) dövlət tərəfindən maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsini nəzərdə tutan yeni qaydanı təsdiqləyib. Yeni mexanizm dövlət […]

Gürcüstan Azərbaycanla sərhəd məsələsini müzakirə edib

Aysel Əlibəyli 03 İyun 2026 · 10:18 1144 baxış Gürcüstan hökuməti ötən il ərzində regionda sabitliyin möhkəmləndirilməsi və davamlı sülhün təmin olunmasına yönəlmiş balanslı qonşuluq siyasəti həyata keçirdiyini bəyan edib. Elpress.az APA-ya istinadən xəbər verir […]

İrlandiya nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub

Elşən 23 Aprel 2026 · 18:48 1080 baxış Toni MakKormakın rəhbərlik etdiyi İrlandiya parlament nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib. ELPress.az-ın Yeniçağ.az-a istinadən verdiyi məlumata görə, qonaqlara şəhərdə aparılan bərpa və yenidənqurma işləri barədə geniş […]