--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Prezident səfir vəzifələri ilə bağlı sərəncamlar imzaladı

Aysel Əlibəyli 08 Avqust 2026 · 08:50 1072 baxış

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycanın üç ölkədəki diplomatik nümayəndəliklərinə yeni səfirlər təyin olunub.

Elpress.az xəbər verir ki, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə Nemət Zeynal oğlu Nağdəliyev təyin edilib.

Digər sərəncama əsasən, Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Bu vəzifəyə İrfan Şakir oğlu Davudov təyin olunub.İrfan Davudov bundan əvvəl Azərbaycanın Malayziyada, həmçinin Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb. O, həmin vəzifələrdən də geri çağırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir

Next Article

Yeni Klinikanın direktor müavini vəzifəsindən azad edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mirzoyan TRIPP sazişi üzrə hökuməti təmsil edəcək

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:13 1066 baxış Ermənistan XİN rəhbəri sazişin ratifikasiyası ilə bağlı parlament müzakirələrində iştirak edəcək Elpress.az xəbər verir ki, Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan ABŞ ilə […]

Peter Pelleqrini Azərbaycandan yola düşdü

Aysel Əlibəyli 15 İyul 2026 · 18:27 1088 baxış Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatdı, hava limanında rəsmi yola salınma mərasimi keçirildi Elpress.az xəbər verir ki, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycan Respublikasına həyata […]