--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Media eksperti: Prezidentə yüksək etimadın əsas səbəbləri açıqlanıb

Aysel Əlibəyli 09 İyul 2026 · 15:06 1100 baxış

Media eksperti Müşfiq Ələsgərli bildirib ki, MEDİA-nın keçirdiyi ictimai rəy sorğusunun nəticələri Prezident İlham Əliyevə yüksək ictimai etimadın formalaşma səbəblərini ortaya qoyur.

Elpress.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) keçirdiyi ictimai rəy sorğusunu şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli əldə olunan nəticələrin cəmiyyətdə Prezident İlham Əliyevə yüksək etimadın mövcud olduğunu göstərdiyini bildirib.Onun sözlərinə görə, sorğuda respondentlərin 87,7 faizi Prezidentə etimad göstərdiyini, 93,6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirdiyini, 81,9 faizi isə onu alternativsiz siyasi lider hesab etdiyini bildirib. Ekspert qeyd edib ki, bu göstəricilərin eyni vaxtda yüksək olması cəmiyyətdə formalaşmış ictimai konsensusun göstəricisi kimi qiymətləndirilə bilər.Müşfiq Ələsgərli vurğulayıb ki, vətəndaşlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində milli maraqların dayandığını hesab edir. O bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması, enerji, nəqliyyat və logistika layihələrində fəal iştirakı, eləcə də milli maraqların qorunmasına yönəlmiş siyasət ictimai etimadı gücləndirən əsas amillərdəndir.Ekspertin fikrincə, dövlət başçısının regionlara mütəmadi səfərləri, vətəndaşlarla birbaşa ünsiyyətə üstünlük verməsi, sosial məsələlərə həssas yanaşması, həmçinin 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və ölkədə sabit ictimai-siyasi mühitin qorunması da sorğunun nəticələrinə təsir göstərən mühüm amillər sırasında yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

MİQ imtahanlarının başlanacağı tarix məlum oldu

Next Article

Mingəçevirdə 198 min litr qeydiyyatsız pivə aşkarlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın Latviyadakı yeni səfiri etimadnaməsini təqdim edib

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:17 1048 baxış Elpress.az xəbər verir ki, Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Nərminə Mustafayeva etimadnaməsini bu ölkənin Prezidenti Edqars Rinkeviçsə təqdim edib.Mərasim Riqada baş tutub. Bununla da Nərminə […]

Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 10:45 1034 baxış Azərbaycan 2028-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etmək niyyətindədir. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı […]

İlham Əliyev Qırğızıstana səfərə gedib

Aysel Əlibəyli 30 İyul 2026 · 16:42 1084 baxış Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasında dövlət səfərindədir Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə yollanıb.Dövlət başçısının olduğu […]