--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Heybət Vəliyev: Turistlərin təhlükəsizliyi prioritet olmalıdır

Aysel Əlibəyli 08 İyun 2026 · 11:37 1068 baxış

Azərbaycan Turizm Bürosunun Destinasiyanın İnkişafı və Turizm Məhsul Departamentinin rəhbəri Heybət Vəliyev mövsüm öncəsi turistlərin təhlükəsizliyinin artırılmasının vacibliyini vurğulayıb.

Elpress.az “Report”a istinadən xəbər verir ki, Onun sözlərinə görə, ölkəyə gələn qonaqların və regionlarda səyahət edən turistlərin təhlükəsizliyinin təmin olunması üçün bələdçilərin rolu xüsusi əhəmiyyət daşıyır. Vəliyev bu istiqamətdə Fövqəladə Hallar Nazirliyi ilə birgə keçirilən təlimlərin mühüm addım olduğunu bildirib.O qeyd edib ki, belə təlimlər turizm sənayesi nümayəndələri, xüsusilə də dağ və ekoturizm üzrə fəaliyyət göstərən bələdçilərin hazırlığının artırılmasına xidmət edir.Heybət Vəliyev əlavə edib ki, ekoturizm və aktiv turizmin inkişafı Dövlət Turizm Agentliyinin əsas prioritetlərindəndir və bu sahədə standartların tətbiqi, dağ marşrutlarının inkişafı və bələdçilərlə əməkdaşlıq davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ƏDV geri ödənişlərində rekord məbləğ

Next Article

Azərbaycanda ukraynalı uşaqlar üçün xüsusi proqram

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dövlət kibertəhlükəsizlik sahəsində addımlarını gücləndirir

Aysel Əlibəyli 04 İyul 2026 · 15:30 1044 baxış Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm institusional dəyişiklik həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli […]

İlham Əliyev Qurban Qurbanovu “Dostluq” ordeni ilə təltif edib

Aysel Əlibəyli 19 İyun 2026 · 18:58 1108 baxış Azərbaycan Prezidenti İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib. Elpress.az xəbər verir ki, təltif Azərbaycan ilə Dağıstan arasında dostluq münasibətlərinin və […]

İrlandiya nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub

Elşən 23 Aprel 2026 · 18:48 1080 baxış Toni MakKormakın rəhbərlik etdiyi İrlandiya parlament nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib. ELPress.az-ın Yeniçağ.az-a istinadən verdiyi məlumata görə, qonaqlara şəhərdə aparılan bərpa və yenidənqurma işləri barədə geniş […]

Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı

Aysel Əlibəyli 14 İyul 2026 · 14:23 1022 baxış Ukraynalı jurnalist Dmitri Qordon Prezident İlham Əliyevlə birgə çəkilmiş fotosunu sosial şəbəkədə yayımlayıb. Elpress.az xəbər verir ki, Foto IV Şuşa Qlobal Media Forumunun kuluarlarında çəkilib, Qordon […]