--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Elnur Məmmədov: Ermənistanda TRIPP üzrə mühəndislik işləri başlayıb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:13 1074 baxış

Nazir müavini: Zəngəzur dəhlizinin inkişafında mühüm irəliləyiş əldə olunub

Elpress.az xəbər verir ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin inkişafı istiqamətində işlər davam etdirilir. Ermənistan ərazisindən keçəcək TRIPP marşrutu üzrə artıq mühəndislik işlərinə başlanılıb.Bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” panel sessiyasında danışarkən məlumat verib.Nazir müavini bildirib ki, Azərbaycan Ermənistanla bağlı bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Son bir il ərzində Azərbaycandan Ermənistana 60 min tondan çox yük göndərilib, həmçinin ölkəyə 20 min tondan artıq neft məhsulu tədarük olunub.Onun sözlərinə görə, iki ölkə arasında sülh istiqamətində danışıqlar və əməkdaşlıq davam edir. Eyni zamanda, telekommunikasiya operatorları arasında internet bağlantısı ilə bağlı saziş imzalanıb.Elnur Məmmədov Zəngəzur dəhlizinin inkişafı üzrə də əhəmiyyətli irəliləyiş əldə edildiyini qeyd edib. Bildirib ki, magistral yolun təxminən 95 faizi, dəmir yolunun isə 75 faizi artıq inşa olunub. Qalan işlərin gələn ilin üçüncü rübündə başa çatdırılması planlaşdırılır.Nazir müavini həmçinin TRIPP İnkişaf Şirkətinin yaradılması istiqamətində işlərin aparıldığını və Ermənistan ərazisində mühəndislik fəaliyyətlərinə start verildiyini bildirib. Marşrutun Ermənistan ərazisindən keçən təxminən 42 kilometrlik hissəsinin tikintisinə gələn ilin əvvəlində başlanması nəzərdə tutulur.Layihənin Azərbaycanın əsas hissəsini Ermənistan üzərindən Naxçıvanla birləşdirməsi və Trans-Xəzər nəqliyyat şəbəkəsi ilə əlaqələri genişləndirməsi planlaşdırılır. Elnur Məmmədovun sözlərinə görə, marşrutun istifadəyə verilməsi yükdaşımaların müddətinin hazırkı üç həftədən 12–15 günədək azalmasına imkan yarada bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

50 və 64 nömrəli avtobusların marşrutu dəyişdirilib

Next Article

Rusiya MN: Ukraynaya bir həftədə 9 zərbə endirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

KİV: Tramp İranla razılaşma barədə qərarsızdır

Aysel Əlibəyli 29 May 2026 · 23:31 1148 baxış ABŞ Prezidenti Donald Trampın ABŞ-İran razılaşması ilə bağlı hələ yekun qərar vermədiyi bildirilir. “The New York Times”ın mənbələrə istinadən yaydığı məlumata görə, Trampın müşavirləri ilə keçirdiyi […]

Vens ABŞ-İran sazişi ilə bağlı səfərini təxirə saldı

Aysel Əlibəyli 19 İyun 2026 · 09:12 1118 baxış ABŞ-ın vitse-prezidenti J. D. Vance ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması ilə bağlı İsveçrəyə planlaşdırılan səfərini həyata keçirməyəcək. Elpress.az xəbər verir ki, bu barədə vitse-prezidentin […]

Ərdoğan Azərbaycanın Türkiyədəki yeni səfirini qəbul edib

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 00:08 1040 baxış Elpress.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib.Görüş Türkiyə Prezident Sarayında keçirilib.Qəbul zamanı Azərbaycan diplomatı etimadnaməsini Türkiyə dövlət […]