--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Elçin Əmirbəyov: Azərbaycana minatəmizləmədə beynəlxalq dəstək artırılmalıdır

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:20 1042 baxış

Azərbaycan ərazisinin 13 faizdən çoxunun mina və partlamamış hərbi sursatlarla çirkləndiyi açıqlanıb

Elpress.az xəbər verir ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ölkədə minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstəyin daha da artırılmasının vacibliyini vurğulayıb.O, Bakıda keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı Azərbaycana bu sahədə dəstək göstərən ölkə və təşkilatlara təşəkkürünü bildirib.Əmirbəyovun sözlərinə görə, göstərilən beynəlxalq dəstəyin həcmi mövcud ehtiyaclarla müqayisədə olduqca aşağıdır. O qeyd edib ki, Azərbaycan ərazisinin 13 faizdən çoxu minalar və partlamamış hərbi sursatlarla çirklənib.Müharibənin başa çatmasından təxminən altı il keçməsinə baxmayaraq, mina təhlükəsi olan ərazilərin 75 faizində hələ də insan həyatı üçün ciddi risk yaradan minaların mövcud olduğu bildirilib.Elçin Əmirbəyov bunu ciddi humanitar və təhlükəsizlik problemi, eyni zamanda keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı baxımından mühüm maneə kimi qiymətləndirib.O bildirib ki, Azərbaycan hazırda regionda, hətta dünyada ən böyük münaqişədən sonrakı yenidənqurma layihələrindən birini həyata keçirir. Keçmiş məcburi köçkünlərin doğma ərazilərinə qayıtması, yaşayış məntəqələrinin bərpası, yolların, məktəblərin, xəstəxanaların və iqtisadi infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlər görülür.Əmirbəyov vurğulayıb ki, ərazilərin altında mövcud olan mina təhlükəsi aradan qaldırılmadan həmin icmaların təhlükəsiz şəkildə yenidən qurulması mümkün deyil.O, Azərbaycanın mina fəaliyyətinə dəstək göstərən bütün ölkə və təşkilatların yardımını yüksək qiymətləndirib. Bildirib ki, bu dəstək yalnız mina qurbanlarına yardım baxımından deyil, həm də Azərbaycanla dostluq və həmrəyliyin göstəricisi kimi qəbul olunur.Bununla yanaşı, Əmirbəyov beynəlxalq maliyyə dəstəyinin hələ də məhdud olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda minatəmizləmə fəaliyyətinin maliyyələşdirilməsinin təxminən 95 faizi dövlət vəsaiti hesabına həyata keçirilir, xarici mənbələrin payı isə yalnız 5 faiz təşkil edir.Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi hesab edir ki, bu nisbət dəyişdirilməli və ölkəyə minatəmizləmə sahəsində beynəlxalq dəstəyin həcmi artırılmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Deputat Pərvanə Vəliyeva COP17-də çıxış edib

Next Article

Bakıda məktəblərdə dezinfeksiya işləri görülür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiya: Ermənistanla dəmir yolu üzrə əməkdaşlıq davam edir

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:08 1046 baxış Moskva Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı öhdəliklərini yerinə yetirdiyini açıqlayıb Elpress.az xəbər verir ki, Rusiya Ermənistanla Cənubi Qafqaz Dəmir Yolu sahəsində əməkdaşlığı əvvəlki qaydada davam […]

İlham Əliyev beynəlxalq qurumların rəhbərləri ilə görüşdü

Aysel Əlibəyli 10 İyul 2026 · 21:41 1084 baxış Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da bir sıra beynəlxalq təşkilatların rəhbər şəxslərini və nümayəndələrini qəbul edib. Elpress.az xəbər verir ki, Görüşdə Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun […]