--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanın ilk dövr üzrə ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla yekunlaşıb.

Aysel Əlibəyli 15 İyun 2026 · 11:21 1074 baxış

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Köməkçi Orqanlarının 64-cü sessiyasında (SB64) iştirakını davam etdirir.

Sessiyanın ilk həftəsində COP29 Sədrliyinin təşəbbüsləri və COP29, eləcə də COP30 çərçivəsində Azərbaycana həvalə olunmuş mandatların yerinə yetirilməsi ilə bağlı bir sıra görüşlər və tədbirlər təşkil olunub.Bu çərçivədə COP29-un Bakı Şəffaflıq Platforması (BTP) təşəbbüsü üzrə UNFCCC Katibliyi, COP30 və COP31 sədrliklərinin iştirakı ilə birgə sessiya keçirilib. Görüş zamanı ikiillik şəffaflıq hesabatlarının ilk dövrü üzrə əldə olunan təcrübələr, qarşıya çıxan çətinliklər və inkişaf etməkdə olan ölkələrə növbəti hesabatların hazırlanması prosesində göstərilə biləcək dəstək imkanları müzakirə edilib. Həmçinin BTP çərçivəsində növbəti sessiyanın bu ilin sentyabrında Bakıda keçiriləcək UNFCCC İqlim Həftəsi zamanı təşkil olunması barədə qərar qəbul edilib.Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin dəstəyi ilə keçirilən “Öhdəliklərdən Praktiki Fəaliyyətə: Böhran və Həssaslıq Şəraitində Adaptasiya və Sülhü Dəstəkləyən İnnovativ Tərəfdaşlıqlar” adlı tədbirdə iqlim riskləri və münaqişələrdən təsirlənən bölgələrdə dayanıqlığın gücləndirilməsi üçün yeni yanaşmalar müzakirə olunub.Azərbaycan və Braziliyaya verilən mandat əsasında hazırlanmış və COP30-dan əvvəl təqdim edilən iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına çatdırılmasına dair Bakıdan Beləmə Yol Xəritəsinin icrası ilə bağlı dövlət və qeyri-dövlət nümayəndələrinin iştirakı ilə dialoq keçirilib. Tədbirdə yol xəritəsinin reallaşdırılması istiqamətində gözləntilər və qarşıdakı mərhələlər barədə fikir mübadiləsi aparılıb.Eyni zamanda COP29, COP30 və COP31 sədrliklərinin Troika mandatı çərçivəsində həyata keçirilən “Belém 1.5 Missiyası” üzrə ilk sessiya baş tutub. Sessiya zamanı tərəf və qeyri-tərəf iştirakçıların mövqeləri dinlənilib və bildirilib ki, səsləndirilən təkliflər gələcək addımların müəyyənləşdirilməsinə kömək edəcək.Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti Paris Sazişinin Gücləndirilmiş Şəffaflıq Çərçivəsi üzrə keçirilən İrəliləyişlərin Çoxtərəfli və Asanlaşdırıcı Qiymətləndirilməsi prosesinin yüksək səviyyəli seqmentində, həmçinin Azərbaycanın təqdim etdiyi ikiillik şəffaflıq hesabatı ilə bağlı texniki dialoqda iştirak edib. Nəticədə Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qiymətli və Sənaye Metalları Bahalaşır

Next Article

Rusiya Buğdası Azərbaycan Vasitəsilə Ermənistana Aparılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nazir müavini Belarusda ikitərəfli əlaqələri müzakirə etdi

Aysel Əlibəyli 04 İyun 2026 · 15:55 1118 baxış Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan–Belarus Ticarət-iqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası çərçivəsində Belarusa səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets […]

XİN-dən Azərbaycan vətəndaşlarına vacib çağırış

Aysel Əlibəyli 09 İyun 2026 · 10:40 1106 baxış Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna və Yaxın Şərqdə davam edən silahlı qarşıdurmalar fonunda vətəndaşlara müraciət edib. Elpress.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda hazırkı beynəlxalq təhlükəsizlik […]

Azərbaycan enerji xəritəsində strateji güc kimi önə çıxır

Aysel Əlibəyli 11 İyun 2026 · 17:34 1072 baxış Azərbaycanın son üç onillikdə keçdiyi inkişaf yolu ölkənin regional gücdən qlobal əhəmiyyət daşıyan strateji tərəfdaşa çevrildiyini göstərir. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri siyasi […]

Seçicilərə təsir göstərən partiya nümayəndəsi saxlanıldı

Aysel Əlibəyli 07 İyun 2026 · 20:51 1064 baxış Ermənistanda keçirilən seçkilərlə bağlı qanun pozuntusu faktı üzrə araşdırma aparılır. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Məlumata görə, Güclü Ermənistan partiyasının səlahiyyətli nümayəndəsi A.H.-nin bir qrup […]