--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan və Litva XİN rəhbərləri Aİ sədrliyini müzakirə edib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:47 1046 baxış

Ceyhun Bayramov və Kestutis Budris Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivlərini nəzərdən keçiriblər

Elpress.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub.Söhbət zamanı Azərbaycan-Litva münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun davam etdirilməsinin və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.Nazirlər çoxtərəfli platformalarda tərəfdaşlığın inkişaf etdirilməsinin də əhəmiyyətini qeyd ediblər.Kestutis Budris Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrliyə hazırlığı barədə məlumat verib. Danışıq zamanı Litvanın sədrliyi dövründə Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.Telefon danışığında regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub. Tərəflər Cənubi Qafqazdakı vəziyyəti, regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində görülən işləri, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələləri müzakirə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Putin: Doğum səviyyəsi Rusiyanın əsas problemlərindən biridir

Next Article

Rusiya xarici aviaşirkətlərə Zelenskinin təhdidləri ilə bağlı izahat verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zakir Həsənov yeni ali hərbi rütbə alan zabitlərlə görüşdü

Aysel Əlibəyli 26 İyun 2026 · 17:58 1120 baxış Elpress.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 26-da Prezidentin sərəncamı ilə ali hərbi rütbə verilən hərbi qulluqçularla görüş keçirib. Tədbirdə Azərbaycan Prezidenti, Silahlı […]

İlham Əliyev Böyük Britaniyanın yeni səfirini qəbul edib

Aysel Əlibəyli 18 Avqust 2026 · 22:14 1054 baxış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib. Elpress.az xəbər verir ki, etimadnaməsini dövlət […]

Vaşinqton-Tehran razılaşması alqışlandı!

Aysel Əlibəyli 15 İyun 2026 · 11:54 1114 baxış ABŞ və İran arasında Anlaşma Memorandumu çərçivəsində əldə edilən tarixi razılığı məmnuniyyətlə alqışlayırıq. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq təhlükəsizlik arxitekturası və regional sabitlik baxımından […]