--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan parlament nümayəndə heyəti Ukraynaya yollanır

Aysel Əlibəyli 28 İyun 2026 · 15:10 62 baxış

Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Ukraynaya səfərə yollanacaqlar.

Elpress.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, səfər Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədri Volodimir Kreydenkonun dəvəti əsasında baş tutacaq.

Kiyevdə keçiriləcək görüşlər zamanı Azərbaycan və Ukrayna arasında parlamentlərarası əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunacaq. Tərəflərin qanunverici orqanlar arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan və Ukrayna parlamentləri arasında əməkdaşlıq son illərdə müxtəlif səviyyəli qarşılıqlı səfərlər və birgə təşəbbüslərlə inkişaf etməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Fransanı cənginə alan isti dalğası: Ölənlərin sayı minə yaxınlaşdı

Next Article

Azərbaycan cüdosunda növbəti uğur: Avropa Açıq Turnirində 3 medal

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avropa Komissiyasının Prezidenti Azərbaycana işgüzar səfər edib

Aysel Əlibəyli 01 İyul 2026 · 17:06 30 baxış Elpress.az APA-ya istinadən xəbər verir ki, Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana işgüzar səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda yüksək səviyyəli qonağın qarşılanması üçün Azərbaycanın […]