--:--:-- | 30 İyul 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan İsrailin qərarından narahatdır – rəsmi açıqlama

Aysel Əlibəyli 29 İyun 2026 · 13:28 1048 baxış

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib.

Elpress.az xəbər verir ki, XİN-in yaydığı şərhdə qeyd olunub ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif edilməsi və mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan kənar şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.

Bəyanatda vurğulanıb ki, bu cür addımlar xalqlar arasında barışığa və qarşılıqlı anlaşmaya xidmət etmir, əksinə, mövcud fikir ayrılıqlarını daha da dərinləşdirərək regionda davamlı sülh və əməkdaşlıq səylərinə mənfi təsir göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətini qəbul etdiyi qərarı yenidən nəzərdən keçirməyə çağırıb.

“Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət və regionda uzunmüddətli sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək”, – deyə bəyanatda bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda kriptoaktivlərlə bağlı yeni tələb: lisenziya məcburi olacaq

Next Article

Qızılca epidemiyası can almaqda davam edir: ölən uşaqların sayı 700-ü keçdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan parlament nümayəndə heyəti Ukraynaya yollanır

Aysel Əlibəyli 28 İyun 2026 · 15:10 1070 baxış Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Ukraynaya səfərə yollanacaqlar. Elpress.az xəbər verir ki, […]

Peter Pelleqrini Azərbaycandan yola düşdü

Aysel Əlibəyli 15 İyul 2026 · 18:27 1024 baxış Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatdı, hava limanında rəsmi yola salınma mərasimi keçirildi Elpress.az xəbər verir ki, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycan Respublikasına həyata […]

İstanbula yeni baş konsul təyin edildi

Aysel Əlibəyli 27 İyul 2026 · 18:41 1022 baxış Zamin Əliyev Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsinə təyin olunub Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Zamin Əliyev Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki baş konsulu […]