--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Makron hakimiyyətinin böhranı dərinləşir: Fransa siyasi və iqtisadi çıxılmaz vəziyyətlə üz-üzə

Aysel Əlibəyli 29 İyul 2026 · 21:16 1098 baxış

Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti dövründə ölkədə yaranmış siyasi və iqtisadi problemlər beynəlxalq ekspertlərin diqqət mərkəzində qalmaqda davam edir.

Elpress.az xəbər verir ki, son illərdə parlamentdə yaşanan fikir ayrılıqları, sosial etirazların artması, dövlət borcunun yüksəlməsi və büdcə kəsirinin dərinləşməsi Makron hökumətinə qarşı tənqidləri gücləndirib.

Müşahidəçilərin fikrincə, hökumətin qəbul etdiyi bir sıra qərarlar ölkədə siyasi sabitliyə mənfi təsir göstərib. Xüsusilə parlamentlə icra hakimiyyəti arasında yaranan gərginlik, sosial islahatlara qarşı keçirilən etiraz aksiyaları və iqtisadi çətinliklər Fransanın daxili gündəmini müəyyən edən əsas mövzular sırasındadır.Bununla yanaşı, Fransanın Afrika və Cənubi Qafqaz istiqamətində apardığı xarici siyasətin də gözlənilən nəticələri vermədiyi, bu səbəbdən rəsmi Parisin bəzi bölgələrdə təsir imkanlarının zəiflədiyi bildirilir.

Analitiklər hesab edirlər ki, qarşıdakı dövrdə Makron administrasiyasını həm daxili siyasi sabitliyin bərpası, həm də iqtisadi problemlərin aradan qaldırılması istiqamətində ciddi sınaqlar gözləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ağdaşdakı musiqi məktəbi Habil Əliyevin adını daşıyacaq

Next Article

Bakının bir sıra magistrallarında avtomobil sıxlığı artıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gürcüstan DTX-nin sabiq rəhbəri 13 il həbs cəzası alıb

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 21:57 1124 baxış Qriqol Liluaşvili korrupsiya cinayətlərində təqsirli bilinib Elpress.az xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili korrupsiya cinayətlərində təqsirli bilinərək 13 il müddətinə azadlıqdan […]

Avropa İttifaqından Rusiyanın Baş prokuroruna sanksiya

Aysel Əlibəyli 15 İyun 2026 · 15:22 1132 baxış Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək 80-dən çox şəxs və təşkilatı qara siyahıya daxil edib. Elpress.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.Yeni […]

Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb

Aysel Əlibəyli 25 Avqust 2026 · 15:13 1084 baxış Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb. Elpress.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, Sarkisyan komitənin binasına daxil olarkən jurnalistlərə hansı […]