--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Aytən Məmmədovadan qanun layihəsi ilə bağlı açıqlama

Aysel Əlibəyli 10 İyun 2026 · 16:46 74 baxış

İnzibati Xətalar Məcəlləsinə, eləcə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif edilən dəyişikliklər müasir dövrün tələblərinə uyğun hazırlanıb.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən ictimai müzakirədə Ədliyyə Nazirliyinin idarə rəisi Aytən Məmmədova məlumat verib.Onun sözlərinə görə, qanun layihəsi uşaqların psixoloji və fizioloji inkişafının zərər görməsinin qarşısını almağa, onların sağlam sosial-mədəni mühitə uyğunlaşmasını təmin etməyə xidmət edir.Aytən Məmmədova bildirib ki, layihənin əsas üstünlüklərindən biri yalnız məhdudiyyət və məsuliyyət mexanizmlərini deyil, eyni zamanda effektiv nəzarət və tənzimləmə vasitələrini də özündə birləşdirməsidir.Qeyd olunub ki, sənəddə provayderlərin istifadəçilərin yaşını müəyyənləşdirmək üçün tətbiq etməli olduqları təsdiqlənmiş üsullar qanunvericilik səviyyəsində konkret şəkildə müəyyən edilir. Bundan əlavə, yaş təsdiqi prosesinin davamlı monitorinqi və mütəmadi təhlili də nəzərdə tutulur.Məmmədovanın sözlərinə görə, sistem istifadəçi profillərini izləyəcək və yaş həddi ilə bağlı şübhə yarandıqda qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Nəsimi rayonunda müvəqqəti qaz məhdudiyyəti

Next Article

Azər Türk Bank qlobal bankçılıq sammitinə qatıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu gün Beynəlxalq Parlamentarizm Günüdür

Aysel Əlibəyli 30 İyun 2026 · 16:17 40 baxış Elpress.az xəbər verir ki, hər il iyunun 30-u dünyada Beynəlxalq Parlamentarizm Günü kimi qeyd olunur. Bu əlamətdar gün 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci […]