--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Avropa İttifaqından Azərbaycana strateji tərəfdaşlıq mesajı

Aysel Əlibəyli 02 İyul 2026 · 08:13 32 baxış

Elpress.az Azərtac-a istinadən xəbər verir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər son illər yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bunu Milli Məclisin deputatı Nurlan Həsənov AZƏRTAC-a açıqlamasında bildirib.Deputatın sözlərinə görə, Antonio Koşta və Ursula fon der Lyayenin Azərbaycana səfərləri Brüsselin ölkəmizi Cənubi Qafqazda etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi qiymətləndirdiyini nümayiş etdirir.

Nurlan Həsənov qeyd edib ki, Ursula fon der Lyayenin Prezident İlham Əliyev ilə görüşdə Azərbaycanı strateji tərəfdaş adlandırması xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, bu yanaşma Azərbaycanın regionun aparıcı dövləti kimi mövqeyinin və beynəlxalq etimadının daha da möhkəmləndiyini göstərir.

Deputat vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanı yalnız etibarlı enerji təchizatçısı kimi deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika qovşağı kimi qiymətləndirir.

O bildirib ki, ölkənin əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu regional sabitliyə və iqtisadi əməkdaşlığa mühüm töhfə verir.

Onun sözlərinə görə, enerji sahəsi tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Xüsusilə 2022-ci ildən sonra Azərbaycanın Avropa İttifaqına qaz ixracının 65 faiz artması ölkənin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir.

Nurlan Həsənov əlavə edib ki, Azərbaycan və Avropa İttifaqı yaşıl enerji sahəsində də əməkdaşlığı genişləndirir. Bərpaolunan enerji potensialının inkişafı və Avropaya uzanan yaşıl enerji dəhlizinin yaradılması bu istiqamətdə strateji əhəmiyyət daşıyır.Deputat həmçinin qeyd edib ki, Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyi, eləcə də sərhədyanı ərazilər üçün maliyyə yardımının ayrılması regionda dayanıqlı sülhün bərqərar olmasına xidmət edir.

Sonda o vurğulayıb ki, Azərbaycanın ABŞ, Çin və Avropa İttifaqı ilə qurduğu balanslaşdırılmış xarici siyasət ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regional və qlobal proseslərdə rolunu daha da gücləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Belçika Seneqalla üz-üzə

Next Article

Bakıda bu yollarda nəqliyyat sıxlığı müşahidə olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp İrana hücum ehtimalını açıq saxladı

Aysel Əlibəyli 27 May 2026 · 21:20 74 baxış ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən başlana biləcəyini açıq şəkildə istisna etməyib. ELPRESS.az apa-a istinadən verdiyi məlumata görə, Tramp bu fikirlərini Ağ Evdə […]

Avropa Komissiyasının Prezidenti Azərbaycana işgüzar səfər edib

Aysel Əlibəyli 01 İyul 2026 · 17:06 30 baxış Elpress.az APA-ya istinadən xəbər verir ki, Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana işgüzar səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda yüksək səviyyəli qonağın qarşılanması üçün Azərbaycanın […]

Məlum olub ki, yeni direktor icra başçısının qardaşıdır.

Aysel Əlibəyli 26 May 2026 · 20:06 78 baxış Daha əvvəl məlumat verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən imzalanan əmrə əsasən, Sabunçu Tibb Mərkəzi-nin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin olunub. Elpress.az-ın […]