--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Xırdalanda tıxacları azaltmaq üçün iki yeni yol layihəsi hazırlanır

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 10:38 1012 baxış

Xırdalanın magistral yollara çıxışını asanlaşdırmaq və şəhərdaxili nəqliyyat sıxlığını azaltmaq üçün tunel və yolötürücülərin tikintisi planlaşdırılır.

Elpress.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, nəzərdə tutulan işlər Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafını əhatə edən 2025–2030-cu illər Dövlət Proqramındakı 24 layihədən ikisidir.

Layihələrdən biri M-1 və M-4 magistralları ilə əlaqələrin genişləndirilməsini, yeni tunel və əlaqələndirici yolların salınmasını, eləcə də mövcud yol qovşaqlarının yenidən qurulmasını nəzərdə tutur.

Digər layihə isə M-4 magistralından Xırdalanın mərkəzinə birbaşa bağlantının yaradılmasını əhatə edir. Bu məqsədlə tunel və müxtəlif səviyyəli yolötürücüsünün inşası planlaşdırılır.

Agentlik bildirir ki, şəhərdən keçən dəmir yolu xətti Xırdalanı iki hissəyə ayırır. Keçidlərin məhdud olması sürücülərin əlavə məsafə qət etməsinə, küçələrdə sıxlığın artmasına və magistrallara çıxışın çətinləşməsinə səbəb olur.

Yeni bağlantıların yaradılması ilə nəqliyyat axınının müxtəlif istiqamətlərə bölüşdürülməsi və şəhərdaxili yollarda tıxacların azaldılması gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki hərbçi həbs edilib

Next Article

Pezeşkian: Parlamentin müdafiə nazirinə etimadı dünyaya mesajdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisinin maaşı artırılır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 11:30 1080 baxış Elpress.az xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarında artım olacaq.TƏBİB-in İcraçı direktoru Anar Bayramovun sözlərinə görə, əməkhaqqı islahatı çərçivəsində yeni qaydalar […]

Məktəblərdə geyim qaydalarına nəzarət gücləndirilib

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 21:17 1080 baxış Bakı məktəblərində şagird və müəllimlərin geyim tələblərinə əməl etməsi ilə bağlı monitorinqlərə başlanılıb. Yoxlamalar zamanı qaydalara uyğun olmayan hallar, eləcə də tədris mühitində arzuolunmaz davranışlar qeydə […]