--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Xalq artisti Sərvər Qəniyevin xatirəsi anılır

Aysel Əlibəyli 05 Avqust 2026 · 12:52 1022 baxış

Bu gün görkəmli skripkaçı, dirijor, Xalq artisti Sərvər Qəniyevin anadan olmasının 89-cu ildönümü qeyd olunur.

Elpress.az xəbər verir ki, Azərbaycan musiqi sənətinin tanınmış nümayəndələrindən olan Sərvər Qəniyev uzun illər skripka ifaçılığı, dirijorluq və pedaqoji fəaliyyəti ilə ölkənin musiqi həyatında mühüm rol oynayıb.

İlk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində alan sənətkar sonradan təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. Təhsilini başa vurduqdan sonra Bakıya qayıdan Sərvər Qəniyev Azərbaycan Dövlət Konservatoriyasında müəllim, daha sonra professor və kafedra müdiri kimi fəaliyyət göstərib.1965-ci ildə onun təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılıb. 1991-ci ildən etibarən isə Türkiyənin Bilkənd Universitetində professor, kamera və simfonik orkestrinin bədii rəhbəri və dirijoru kimi çalışıb.Musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Sərvər Qəniyev 1967-ci ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2007-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Sərvər Qəniyev 2010-cu il sentyabrın 5-də Türkiyənin Ankara şəhərində vəfat edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Muzey Mərkəzində “Sənin adın nədir?” adlı gənc rəssamların sərgisi açılıb

Next Article

Antarktidanın “Qan Şəlaləsi”nin sirri: 100 illik müəmmaya aydınlıq gətirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əli Hacı: Ruhun libası

Elşən 15 İyun 2026 · 23:33 1274 baxış Üzünü o yana çevir,Bu üzdə qış havası var.Qəribliyin qucağında,Doğmalığın davası var. Gör, fikrim hara çəkdi,Dili söz-söz dara çəkdi.Kim deyir ki, Allah təkdir?Onun da öz Həvvası var. Ölmək […]

Azərbaycan xalçası Limadakı muzeydə nümayiş olunacaq

Aysel Əlibəyli 19 İyun 2026 · 11:24 1086 baxış Perunun paytaxtı Lima ilə Bakı arasında mədəni əməkdaşlığın inkişafı istiqamətində yeni addım atılıb. Limanın vitse-meri Fabiola Morales və Azərbaycanın Meksika və Peru üzrə səfiri Seymur Fətəliyev […]