--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Şəhər folkloru və kollektiv yaddaş: sosial kimliyin izləri

Aysel Əlibəyli 02 İyun 2026 · 10:50 1282 baxış

AMEA-nın Folklor İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncamının icrasına həsr olunan “Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv yaddaş” mövzusunda elmi sessiya keçirilib.

İnstitutdan bildirilib ki, tədbiri açan Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev şəhərsalma və memarlıq məsələlərinin yalnız tikinti və urbanizasiya ilə məhdudlaşmadığını, kollektiv yaddaşın, mədəni kimliyin və sosial münasibətlərin formalaşmasına da təsir göstərdiyini vurğulayıb. O qeyd edib ki, Vətən müharibəsindən sonra həyata keçirilən yenidənqurma işləri və Böyük Qayıdış proqramı ölkənin strateji inkişaf prioritetləri sırasındadır.Daha sonra Hikmət Quliyev “Sosial-mədəni transformasiya və kommunikativ dinamika müstəvisində şəhər folkloru” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şəhər folklorunun Azərbaycanda yetərincə araşdırılmadığı, bu istiqamətdə tədqiqatların genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.Sessiyada Folklor nəzəriyyəsi şöbəsinin müdiri professor Füzuli Bayat “Polisentrik kültür paradiqmasında şəhər folkloru” mövzusunda məruzə ilə çıxış edərək urbanizasiya proseslərinin və müxtəlif etnik-mədəni qrupların qarşılıqlı təsirinin şəhər folklorunun formalaşmasındakı rolunu təhlil edib.Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Afaq Xürrəmqızı isə “Hüseynqulu Sarabski və Bakı folkloru” mövzusunda təqdimatla çıxış edib. Məruzədə Bakı şəhər folklorunun formalaşması, onun uzun müddət tədqiqatlardan kənarda qalması və bu sahədə aparılan ilk sistemli araşdırmalar barədə məlumat verilib.Qeyd olunub ki, Hüseynqulu Sarabskinin “Köhnə Bakı” əsəri şəhər folklorunun öyrənilməsi baxımından mühüm mənbələrdən biridir. Əsərdə Novruz mərasimləri, xalq oyunları, toy adətləri, dini mərasimlər və məhəllə həyatı ilə bağlı zəngin folklor nümunələri əksini tapıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda qatar yolunda ölümlə nəticələnən hadisə

Next Article

Enerji sektorunda sabitlik sual altındadır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Cənnətin iqamətgahı” filmi təqdim edildi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 21:25 1090 baxış Ordubadın qədim tarixi, mədəni irsi və etnoqrafik xüsusiyyətlərini özündə əks etdirən “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin təqdimatı keçirilib. Elpress.az xəbər verir ki, ekran əsərinin təqdimat mərasimi Nizami […]

“44” filminin premyera tarixi açıqlanıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:51 1066 baxış “44” bədii filminin ilk nümayişi oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək Elpress.az xəbər verir ki, “44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub. Filmin ilk nümayişi […]

Ağdam və Xocavənddə sakinlər üçün konsert proqramları təşkil olunub

Aysel Əlibəyli 08 Avqust 2026 · 22:38 1092 baxış Elpress.az xəbər verir ki, Ağdam şəhərində və Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər keçirilib. Tədbirlər çərçivəsində konsert proqramları təqdim […]