--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Niyazinin doğum günüdür: Azərbaycan dirijorluq məktəbinin banisi

Aysel Əlibəyli 20 Avqust 2026 · 09:42 1054 baxış

Bu gün dünya şöhrətli dirijor və bəstəkar Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 114-cü ildönümüdür.

Elpress.az xəbər verir ki, Niyazi Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayıb. O, milli bəstəkarların bir çox simfonik və səhnə əsərlərinin ilk təfsirçisi olmaqla yanaşı, onların ifasına özünəməxsus üslub gətirib.Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov bildirib ki, Azərbaycan professional dirijorluq məktəbinin formalaşması və inkişafı məhz Niyazinin adı ilə bağlıdır.Onun sözlərinə görə, maestro Azərbaycan bəstəkarlarının demək olar ki, bütün simfonik əsərlərinin ilk ifaçısı olub və bütöv bir bəstəkar nəslinin yetişməsinə böyük töhfə verib. Bir çox sənətkarın yaradıcılıq inkişafında Niyazi məktəbinin mühüm rolu olub.Niyazi bəstəkar kimi də milli simfonizmin inkişafında mühüm iz qoyub. Onun “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti yaradıcılığının seçilən nümunələri sırasında yer alır.Maestro 1930-cu illərin əvvəllərində “Od içində” fortepiano poemasını, daha sonra “Talış xalq mahnıları” mövzusunda fortepiano əsərlərini və “Zaqatala süitası”nı yaradıb. 1949-cu ildə isə ən məşhur əsərlərindən biri olan “Rast” simfonik muğamını nota alıb.Dirijor kimi şöhrəti gənc yaşlarından artan Niyazi 1946-cı ildə gənc dirijorların müsabiqəsində laureat olub. 1951-ci ildə “Praqa baharı” festivalında iştirak edən maestro sonrakı illərdə dünyanın 23 ölkəsində qastrol səfərlərində olub.Rza Bayramov Niyazini Azərbaycan kino və teatr musiqisinin inkişafında xidmətləri olan ilk bəstəkarlardan biri kimi də qeyd edib.Onun sözlərinə görə, Niyazi kimi sənətkarlar tarixdə nadir hallarda yetişir və belə şəxsiyyətlər xalqın milli qüruruna çevrilir.

Maestro Niyazinin yaradıcılıq irsi bu gün də yeni nəsillər üçün mühüm sənət məktəbi olaraq qalır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AAYDA-da yeni təyinat: Emin Quliyev müşavir oldu

Next Article

Azərbaycanın ən gənc general-leytenantı bəlli oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Angela Merkelin aylarla gizli hazırlanan portreti təqdim olundu

Aysel Əlibəyli 03 İyul 2026 · 16:48 1104 baxış Almaniyanın keçmiş kansleri Angela Merkel üçün aylarla davam edən məxfi yaradıcılıq prosesi nəticəsində hazırlanan yeni portret ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata […]

Həsən Həsənov: Azərbaycan–Macar söz qohumluğu sübut olunub

Aysel Əlibəyli 10 İyun 2026 · 21:53 1144 baxış Kitab qədim macar və türk xalqlarının birliyinə və dillərinin ortaq köklərinə əsaslanır; zamanla yaranan fərqlərə baxmayaraq, müəllif bu iki dilin qədim yaxınlığını yenidən üzə çıxarmağa çalışır. […]