--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Əli Hacıdan yeni şeir: “Qapım açıq qalıb, gətir qəmini…”

Aysel Əlibəyli 31 İyul 2026 · 16:55 1066 baxış

Yazar Əli Hacı yeni şeirini sosial şəbəkə hesabında oxucuları ilə bölüşüb.

Elpress.az olaraq müəllifin “Qapım açıq qalıb, gətir qəmini…” adlı yeni şeirini təqdim edirik.

Qapım açıq qalib,göndər qəmini
Gözdən işıq verim,qəlbdən sevgimi !
Ona süfrə açıb göz yaşlarımdan,
Saxlayım vüsala yetənə kimi !

Sözü vərəq-vərəq biçib əyninə,
Şərab da içərəm könlün almağa !
Ona unutdurub gəldiyi yeri,
Onu yaşadaram vətən olmağa !

Ver,qonşu uşağa məktub gətirsin,
Ya havadan göndər,ya özün gətir !
Sənin ki,üzünə qapım açıqdı,
Dur, qəmin adına özünü gətir !

Yollarda izini itirib daha,
İzində ot bitib,qəlbində nifrət !
Xərclənib bitmişəm,vaxt yox,yol salam
Məni istəyinə bulayıb həyat !

Adın isti qalıb,qaldığı yerdə
Özünsə Ay batıb,uzaq getmisən !
Qapım açıq qalıb,gətir qəmini
Sevinim,nə gözəl pay gətirmisən !

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Avstriyada uşaqlar üçün sosial şəbəkə qadağası

Next Article

“Cəbiş müəllim” obrazının reklamda istifadəsi narazılıq doğurdu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əsərləri niyə “təhlükəli” sayılırdı? – Jan de Lafonten

Aysel Əlibəyli 08 İyul 2026 · 15:11 1052 baxış Bu gün dünya ədəbiyyatının görkəmli nümayəndələrindən olan Jean de La Fontainein doğum günüdür. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, XVII əsr Fransa ədəbiyyatının ən görkəmli simalarından […]

Ədəbiyyatın rəqəmsal təbliği təklif olunur

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:28 1020 baxış Alim: Audiovizual layihələr gənclərin mütaliəyə marağını artıra bilər Elpress.az xəbər verir ki, Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan ədəbiyyatının gənclərə çatdırılması üçün yeni üsullardan […]

AXC və Alaş-Orda: ortaq dövlətçilik irsi müzakirə olundu

Aysel Əlibəyli 18 İyun 2026 · 00:53 1088 baxış AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Demokratik Respublikası və Alaş-Orda: dövlət quruculuğunun tarixi təcrübəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir […]