--:--:-- | 11 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Eldar Mansurov Efir Mədəniyyəti və Bayağı Musiqi Haqqında Danışdı

Elşən 24 Aprel 2026 · 10:09 29 baxış

“Efir mədəniyyəti tamam fərqli anlayışdır, amma bizdə bu sahədə ciddi boşluqlar var. Gələcəkdə necə olacağını demək çətindir. Əvvəllər də “ara oxuyan”lar olub, lakin o dövrün xanəndələri və estrada ifaçıları əsasən özfəaliyyət səviyyəsindən yetişərək formalaşırdı. Bu gün isə səsi olub-olmamasından asılı olmayaraq hər kəs klip çəkdirir, bəstəkarlar da yaxşı qonorar müqabilində hit mahnılar hazırlayır və nəticədə bu məhsullar tez bir zamanda populyarlaşır”.

Elpress.az Yeniçağ.az-a istinadən xəbər verir ki, bu fikirləri Xalq artisti Eldar Mansurov rejissor Nail Naiboğlunun “YouTube” layihəsində səsləndirib. O, efirdə yayımlanan bayağı hesab edilən mahnılardan söz açıb.

Bəstəkar son vaxtlar yeni əsərlər yazmamasının səbəbini də izah edib: “Soruşurlar ki, niyə mahnı bəstələmirəm? Açığı, əvvəlki ifaçılarım artıq yoxdur — bəziləri vəfat edib, bəziləri yaşlanıb. Qalanlar isə tamam başqa üslubda ifa edir. Bu gün 80 yaşlı sənətçinin 18 yaşlı gənclərə xas ritmdə mahnılar oxuması düzgün görünmür”.

O, həmçinin bayağı sayılan ifaçıların efirdən uzaqlaşdırılmasına qarşı olduğunu vurğulayıb: “Mən onlara da mahnı verə bilərəm. Onları efirdən silmək doğru deyil. Əksinə, repertuarlarını dəyişmək lazımdır. Məsələn, Cavanşir Quliyev, Faiq Sücəddinov və Vaqif Gərayzadə kimi bəstəkarların əsərlərini ifa etsinlər, yetər ki, düzgün təqdim etsinlər. Onları televiziyadan uzaqlaşdırmaq olmaz. Bu gün tənqid olunan bəzi ifaçılar sabahın tanınmış sənətkarları ola bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Azeri Light” Nefti Ucuzlaşdı

Next Article

Ay nümunələrində iki yeni mineral aşkarlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabir Rüstəmxanlının 80 illik yubileyi Dram Teatrında qeyd olundu

Elşən 26 May 2026 · 21:59 119 baxış Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə paytaxtda təntənəli tədbir keçirilib. Yubiley gecəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında […]

Şəkidən beynəlxalq diplomatiyaya uzanan uğur yolu

Aysel Əlibəyli 06 İyun 2026 · 09:05 30 baxış Azərbaycanın Şəki şəhərində doğulan Aysun Tanrıverdiyeva bu gün təhsilini Qazaxıstanda davam etdirərək beynəlxalq münasibətlər sahəsində gələcəyini qurur. O, Y.A.Buketov adına Karaqanda Milli Tədqiqat Universitetində beynəlxalq münasibətlər […]

Folklorda Yaşayan Qərbi Azərbaycan

Aysel Əlibəyli 09 İyun 2026 · 17:52 58 baxış AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsi növbəti elmi seminara ev sahibliyi edib. Qərbi Azərbaycanın zəngin folklor irsinin araşdırılması və təbliği istiqamətində fəaliyyət göstərən AMEA Folklor […]

“Qarabağın izi – sənətdə yaşayan dəyərlər”

Aysel Əlibəyli 14 May 2026 · 10:40 31 baxış Xankəndidə “Qarabağın izi – sənətdə yaşadılan dəyərlər” adlı sərgi təşkil olunub. Qarabağ Universitetində “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” adlı təqdimat və sərgi təşkil edilib.Xankəndi şəhəri […]