--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda yeni kitabxana modelinin əsas istiqamətləri açıqlanıb

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:05 1028 baxış

Yeni modeldə kitabxanaların rəqəmsallaşdırılması və müasir mədəniyyət mərkəzlərinə çevrilməsi nəzərdə tutulur

Elpress.az xəbər verir ki, Azərbaycanda kitabxana sisteminin yenilənməsi və xidmətlərin müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni model hazırlanır.Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, ölkədə mövcud olan təxminən 3 400 kitabxananın böyük hissəsi bina, struktur və xidmət imkanları baxımından beynəlxalq standartlara cavab vermir. Eyni zamanda, sistemdə peşəkar kadr çatışmazlığı da əsas problemlərdən biri kimi göstərilir.Məlumata görə, kitabxana fondunun 57,6 faizi kiril qrafikasında olan nəşrlərdən ibarətdir. Hazırda kitabxanaların yalnız 20 faizində internet təminatı mövcuddur, 96 faizində isə avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi tətbiq edilməyib.Yeni model çərçivəsində ictimai kitabxanaların IFLA standartlarına uyğunlaşdırılması, xidmətlərin avtomatlaşdırılması və elektron kitabxana sisteminin yaradılması planlaşdırılır. Bununla vətəndaşların kitabxana xidmətlərindən mobil telefon vasitəsilə də yararlanması nəzərdə tutulur.Yeni sistemdə kitabxanaların yalnız kitab oxunan məkan deyil, müasir oxu zalları və müxtəlif mədəni fəaliyyətlərin keçirildiyi mərkəzlər kimi fəaliyyət göstərməsi planlaşdırılır. Kitab fondlarının da beynəlxalq standartlara uyğun yenilənməsi nəzərdə tutulur.Bundan başqa, yalnız şəxsiyyət vəsiqəsi ilə ölkə üzrə kitabxana sisteminin müxtəlif filiallarından istifadə imkanının yaradılması, səyyar kitabxana xidmətlərinin genişləndirilməsi və kitabxana xidmətlərinin 24 saat əlçatan olması məqsədlər sırasında yer alır.İnklüziv oxucular üçün audio kitablar, Brayl əlifbasında nəşrlər və kitabların ünvana çatdırılması kimi xidmətlərin yaradılması da nəzərdə tutulur. Açıq rəf sisteminin, elektron kitab sifarişinin tətbiqi, əməkhaqlarının artırılması və kitabxana işçilərinin fəaliyyətinin daha sistemli təşkil olunması da yeni modelin əsas istiqamətləri sırasındadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

TƏBİB və Belarus səfirliyi arasında görüş keçirilib

Next Article

Azərbaycan jurnalistləri Özbəkistanda IT Parkı ziyarət edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əsmər Nərimanbəyovanın fərdi sərgisi böyük maraqla qarşılanıb

Aysel Əlibəyli 24 İyun 2026 · 19:14 1104 baxış Acarıstan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Batumi İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın yaradıcılığına həsr olunmuş “Rənglər simfoniyası” adlı fərdi sərginin açılışı […]

Əcəmi Naxçıvani haqqında filmin çəkilişləri yekunlaşıb

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:39 1030 baxış “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” ekran əsəri post-prodakşn mərhələsinə keçib Elpress.az xəbər verir ki, Məşhur memar Əcəmi Naxçıvaninin həyat və yaradıcılığına həsr olunan “Daşlara həkk […]