--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Akademik Musiqili Teatrda yubiley tamaşası nümayiş etdirilib

Aysel Əlibəyli 16 İyul 2026 · 14:02 1034 baxış

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri və tamaşa nümayiş etdirilib.Tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xalq yazıçısı Anar, Yusif Səmədoğlunun ailə üzvləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Bildirilib ki, yubiley tədbiri görkəmli yazıçının zəngin ədəbi irsinin yad edilməsi, yaradıcılığının təbliği və yeni nəslə tanıdılması məqsədilə təşkil olunub.Açılış mərasimində çıxış edən Xalq yazıçısı Anar Yusif Səmədoğlunun Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, onun əsərləri bu gün də aktuallığını qoruyur və oxucular tərəfindən böyük maraqla qarşılanır. O, yazıçının milli nəsrə fərqli bədii üslub və dərin fəlsəfi düşüncə gətirən sənətkarlardan biri olduğunu qeyd edib.Rəsmi hissədən sonra qonaqlara Yusif Səmədoğlunun yaradıcılığı əsasında hazırlanmış yubiley tamaşası təqdim olunub. Yazıçının irsini və həyat fəlsəfəsini əks etdirən səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla izlənilib və alqışlarla qarşılanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

UEFA-dan AFFA rəsmisinə yeni vəzifə

Next Article

Hakan Fidandan Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı açıqlama

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı Dəmiryol Vağzalında “Kitab Dayanacağı” açıldı

Aysel Əlibəyli 01 İyul 2026 · 13:04 1052 baxış Səfərlər daha maraqlı olacaq: ADY vağzalda pulsuz kitab layihəsinə başladı Bakı Dəmiryol Vağzalında sərnişinlərin asudə vaxtını daha səmərəli keçirməsi məqsədilə yeni sosial-mədəni layihəyə start verilib.“Azərbaycan Dəmir […]