--:--:-- | 27 Avqust 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

ADMİU beynəlxalq əməkdaşlığını genişləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:25 1042 baxış

Mədəniyyət və İncəsənət Universiteti beynəlxalq mübadilə və innovasiya proqramlarını yeni mərhələyə keçirir.

Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) beynəlxalq akademik əlaqələrin inkişafı məqsədilə xarici universitetlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq layihələrini genişləndirir.Universitet Türk Universitetlər Birliyi (TÜRKÜNİB) və Qara Dəniz Universitetləri Şəbəkəsi (BSUN) çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə elmi layihələr və təcrübə proqramlarını həyata keçirir. Orhun Mübadilə Proqramı vasitəsilə də akademik əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Bundan əlavə, ADMİU-nun İnnovasiya və Sahibkarlıq Mərkəzi startap və rəqəmsal layihələrin inkişafına dəstək verir. Universitet Türkiyə, Özbəkistan, Qazaxıstan və digər ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq edərək təhsil və yaradıcı sənayelər sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan Orta Dəhlizdə mövqeyini gücləndirir

Next Article

Bakıda beynəlxalq məhkəmə təlimi keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Səməd Vurğunun 120 illiyinə xüsusi elektron baza yaradıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:14 1070 baxış Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş elektron məlumat bazası istifadəyə verilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, […]

Daşkəsəndə ilk dəfə açıq hava kinoseansı təşkil olundu

Aysel Əlibəyli 03 Avqust 2026 · 11:22 1044 baxış 2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə Daşkəsən rayonunda ilk dəfə açıq hava şəraitində milli kino nümayişi təşkil edilib. Elpress.az xəbər verir ki, tədbir “AzerGold” QSC […]

Praqada 60 ölkəni birləşdirən festival

Aysel Əlibəyli 07 İyun 2026 · 12:55 1146 baxış Praqada keçirilən “Food and Culture” festivalı müxtəlif ölkələrin mədəniyyətlərini bir araya toplayıb Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Festival iştirakçıları burada müxtəlif xalqların zəngin mədəniyyəti, adət-ənənələri […]