--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

World Urban Forum 13 çərçivəsində yaşıl, davamlı və yerli resurslardan istifadə olunaraq evlərin inşasına dair sessiya təşkil olunub.

Aysel Əlibəyli 20 May 2026 · 20:00 1140 baxış

World Urban Forum 13 çərçivəsində “Sürət və miqyasda yaşıl əlverişli mənzil – dekarbonizasiya edilmiş, davamlı və yerli resurslara əsaslanan evlərin təmin edilməsi” mövzusuna həsr olunan sessiya təşkil edilib

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, European Bank for Reconstruction and Development-nin enerji səmərəliliyi üzrə aparıcı mütəxəssisi Boyan Bogdanovic moderatorluğu ilə keçirilən müzakirələrdə yaşıl, dayanıqlı və yerli resurslara əsaslanan əlverişli mənzillərin inşasının əhəmiyyəti ön plana çəkilib.Maureen Agnes Nieri bildirib ki, Afrikada müşahidə olunan sürətli demoqrafik artım fonunda həm münasib qiymətli, həm də ekoloji baxımdan davamlı mənzillərin təmin olunması xüsusi əhəmiyyət daşıyır. O, Nayrobidə yerli hakimiyyətin bu məsələlərə yanaşması, qarşıya çıxan problemlər və şəhərin inkişaf tempinə uyğun atılan addımlar barədə danışıb.Onun sözlərinə görə, gələcək nəsillər üçün davamlılığın təmin olunması nəzərə alınmadan əlverişli mənzil siyasətindən danışmaq mümkün deyil. Qeyd edilib ki, Nairobi Afrikanın ən sürətlə inkişaf edən şəhərlərindən biridir və hər il minlərlə insan kənd yerlərindən şəhərə üz tutur. Bu isə mənzil və infrastruktur sahəsində ciddi təzyiq yaradır. Buna görə də hazırda davamlı enerji sistemlərinə malik şəhərlərin qurulması istiqamətində planlaşdırma işləri aparılır.Sessiyada çıxış edən UN-Habitat-ın davamlı inkişaf eksperti Marco Musolena, Azərbaycan Yaşıl Tikinti Şurası-nın sədri Fuad Bağırov, Cities Climate Finance Leadership Alliance direktorunun müavini Priscilla Negreiros və Serbia Spatial and Urban Planning Agency-nin inkişaf meneceri Sinisa Trkulya sərfəli mənzil layihələri, enerji səmərəliliyi yüksək olan binaların təşviqi, şəhərlərin iqlim dəyişikliklərinə davamlı şəkildə inkişaf etdirilməsi və investorlarla əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.Müzakirələrdə vurğulanıb ki, əlverişli mənzil siyasəti iqlim dəyişikliklərinə davam gətirə bilən dayanıqlı infrastrukturla birlikdə həyata keçirilməlidir. Bildirilib ki, iqlim dəyişikliyi nəticəsində artıq milyonlarla insan məcburi köçlə üzləşib. Həmçinin qeyd olunub ki, mənzil siyasətində dekarbonizasiya, bərpaolunan və təmiz enerji mənbələrindən istifadə əsas prioritetlərdən biri olmalıdır. Bu baxımdan enerji səmərəliliyi, keyfiyyətli tikinti materiallarından istifadə, nəqliyyatın təsiri, daxili mühitin keyfiyyəti, emissiyaların azaldılması və karbon balansının qorunması kimi məsələlərin düzgün planlaşdırılması mühüm əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ Kubanın sabiq prezidenti Raul Kastroya qarşı ittiham irəli sürüb.

Next Article

Bu ərazilərdə qaz təchizatı dayandırılacaq.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qazın qiyməti endi

Aysel Əlibəyli 27 İyul 2026 · 12:11 1112 baxış Dünya bazarında təbii qazın qiymətində cüzi eniş qeydə alınıb Elpress.az xəbər verir ki, Dünya bazarında təbii qazın qiyməti cüzi ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında 2026-cı ilin […]

İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalanıb

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:33 1080 baxış II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb Elpress.az xəbər verir ki, Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb. Tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş […]

Türkiyə “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinə qoşulacaq

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:15 1068 baxış Pərviz Şahbazov Türkiyənin yaşıl enerji dəhlizi layihəsində iştirakının nəzərdə tutulduğunu açıqlayıb Elpress.az xəbər verir ki, Türkiyənin mərhələli şəkildə 2032-ci ildən istismara verilməsi planlaşdırılan “Xəzər-Qara dəniz-Avropa” Yaşıl […]

Mingəçevirdə 198 min litr qeydiyyatsız pivə aşkarlandı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:09 1188 baxış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi nəzarət tədbirləri zamanı Mingəçevirdə qeydiyyatsız pivə istehsalı faktı aşkarlanıb. Elpress.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Aksizli […]