--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

TDT ölkələri iqtisadi əməkdaşlığı genişləndirir: qarşılıqlı ticarətdə yeni hədəf

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:36 1072 baxış

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Təşkilata üzv və iştirakçı ölkələr arasında əməkdaşlıq 60-dan artıq sahəni əhatə edir ki, bunların mühüm hissəsi iqtisadiyyatla bağlıdır.

Elpress.az xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Omuralıyev bildirib.

Onun sözlərinə görə, ölkələr arasında iqtisadi münasibətlərin inkişafında Türk Dövlətləri Ticarət və Sənaye Palatası ilə yanaşı, bu il fəaliyyətə başlayan Türk İnvestisiya Fondu da mühüm rol oynayır. Fondun kapitalı 600 milyon dollar təşkil edir.

Baş katib qeyd edib ki, TDT ölkələrinin ümumi xarici ticarət dövriyyəsi təxminən 1,2 trilyon dollardır. Bir neçə il əvvəl təşkilat ölkələri arasındakı qarşılıqlı ticarətin ümumi dövriyyədə payı 3 faiz civarında olduğu halda, hazırda bu göstərici 7 faizə yüksəlib. Yaxın perspektivdə onun 10 faizə çatdırılması gözlənilir.

Omuralıyev iqtisadi-ticari əlaqələrin inkişafı üçün hüquqi bazanın da təkmilləşdirildiyini deyib. Xüsusilə elektron ticarətlə bağlı sazişin ratifikasiya olunması qarşılıqlı ticarətin genişlənməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

TDT çərçivəsində rəqəmsallaşma və süni intellekt sahələrinə də xüsusi diqqət yetirilir. Baş katib Türküstanda keçirilən sammitdə bu istiqamətlərin əsas müzakirə mövzularından biri olduğunu bildirib. O, kosmik sahədə əməkdaşlığı, o cümlədən birgə peyk layihəsinin hazırlanmasını perspektivli istiqamətlərdən biri kimi qeyd edib.

Rəqəmsal infrastrukturla bağlı Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə rabitə xəttinin çəkilməsi layihəsinin də əhəmiyyətli olduğu vurğulanıb. Layihənin regionda rəqəmsal əlaqələrin gücləndirilməsinə imkan verəcəyi bildirilir.

Baş katib Orta Dəhlizin inkişaf perspektivlərinə də toxunub. Onun sözlərinə görə, Zəngəzur dəhlizi və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu kimi yeni nəqliyyat bağlantılarının yaradılması marşrutun imkanlarını daha da genişləndirə bilər.

Omuralıyev Orta Dəhlizin inkişafını müasir dövrdə tarixi İpək Yolunun yenidən canlandırılması ilə əlaqələndirib və nəqliyyat əməkdaşlığının gələcəkdə də TDT ölkələri üçün mühüm istiqamətlərdən biri olaraq qalacağını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məktəbdə kimyəvi məhlul təhlükəsi: 8-ci sinif şagirdi xəsarət aldı

Next Article

Heydər Əliyev Mərkəzindən Çinə xüsusi jest

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Aİ ASCO Gəmilərinə Tətbiq Olunan Sanksiyaları Ləğv Etdi

Elşən 24 Aprel 2026 · 09:49 1131 baxış Avropa İttifaqı Şurasının son qərarına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) aid “Zaqatala” gəmisinə, həmçinin ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” […]

Pul baratları üzrə müsbət saldo 751 milyon dollar olub

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:02 1076 baxış Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 74,1 faiz artıb Elpress.az xəbər verir ki, Azərbaycana daxil olan və ölkədən göndərilən pul baratları arasında müsbət fərq […]

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:50 1076 baxış Ermənistanın iqtisadiyyat naziri ixracın həcmini açıqlamayıb Elpress.az xəbər verir ki, Ermənistandan Azərbaycana alüminium folqa məhsulunun ixracı həyata keçirilib.Bunu Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan hökumətin iclasından sonra […]