--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:51 1078 baxış

Azərbaycanın cari əməliyyatlar balansında 1,4 milyard dollar profisit yaranıb

Elpress.az xəbər verir ki, Azərbaycanın cari əməliyyatlar balansında 2026-cı ilin ilk yarısında 1,4 milyard ABŞ dolları həcmində profisit qeydə alınıb.Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, bu göstərici ölkənin ÜDM-nin 9,5 faizinə bərabərdir.Onun sözlərinə görə, ilin ilk altı ayının nəticələrinə əsasən Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara yüksəlib. Bu, ilin əvvəli ilə müqayisədə 700 milyon dollar və ya 0,8 faiz artım deməkdir.Hazırkı valyuta ehtiyatlarının ölkənin təxminən 40 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə imkan verdiyi və geniş pul kütləsini 3,4 dəfə üstələdiyi bildirilib.

Proqnozlara əsasən, cari əməliyyatlar balansında 2026-cı ildə 6,1 milyard dollar, 2027-ci ildə isə 5,2 milyard dollar profisit gözlənilir. Bu artımın əsas səbəblərindən biri enerji daşıyıcılarının qiymətlərinin yüksək səviyyədə qalacağı ilə bağlı gözləntilərdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bərdədə 79 yaşlı kişi kanalda boğulub

Next Article

Mərkəzi Bank 6 ayda 757 milyon dollar satıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dolların sabahkı rəsmi məzənnəsi açıqlandı

Aysel Əlibəyli 30 İyun 2026 · 18:34 1122 baxış Azərbaycan Mərkəzi Bankı milli valyutanın xarici valyutalara nisbətdə müəyyən edilən rəsmi göstəriciləri ilə bağlı növbəti məlumatı açıqlayıb. Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı manatın […]

Bakı və Abşeronda su infrastrukturu yenilənir

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 12:02 1080 baxış Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və sutəmizləyici qurğu inşa edilir Elpress.az xəbər verir ki, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin […]

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Aysel Əlibəyli 24 Oktyabr 2026 · 11:43 1038 baxış Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. “Azeri Light” markalı neftin bir bareli 126,59 dollara yüksəlib. Elpress.az xəbər verir ki, hərracların nəticələrinə əsasən, qiymət əvvəlki […]

Gömrük Məcəlləsinə dəyişikliklər təsdiqləndi

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:15 1086 baxış Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqlədi: İdxal olunan mallara uyğunluq sənədlərinin təqdim edilməsi məcburi olacaq Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklik […]