--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“AzərGold” Qurban bayramı ilə əlaqədar Daşkəsən, Göygöl və Naxçıvanda sosial dəstək aksiyaları həyata keçirib.

Aysel Əlibəyli 27 May 2026 · 14:20 1188 baxış

“AzerGold” QSC müqəddəs Qurban bayramı münasibətilə növbəti genişmiqyaslı sosial yardım aksiyasını həyata keçirib. Şirkətin fəaliyyət göstərdiyi əraziləri əhatə edən təşəbbüs çərçivəsində Daşkəsən və Göygöl rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında yaşayan təxminən 500 ailəyə bayram sovqatları çatdırılıb.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, sosial yardım kampaniyası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunu, Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərini, eləcə də Daşkəsən rayonunda yaşayan Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrini, müharibə iştirakçılarını və sosial dəstəyə ehtiyacı olan ailələri əhatə edib.Qurban bayramı ərəfəsində Cəmiyyətin nümayəndələri yerli icra hakimiyyəti orqanlarının təmsilçiləri ilə birlikdə ailələrə baş çəkib, “AzerGold” QSC kollektivi adından səmimi bayram təbriklərini çatdırıb, müxtəlif növ zəruri ərzaq məhsullarından ibarət sovqatlar və qurban paylarını təqdim ediblər.Qeyd edək ki, “AzerGold” QSC tərəfindən mütəmadi olaraq müxtəlif sosialyönümlü layihələr, humanitar aksiyalar və icma dəstəyi proqramları icra olunur. Bu təşəbbüslər regionlarda yaşayan əhalinin sosial rifahının yüksəldilməsinə və ictimai həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlk nüvə mühərrikli sualtı qayıqlarını inşa etməyə hazırlaşırlar.

Next Article

Faracın partiyası Britaniya siyasətini silkələyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda yeni vergi bəyannamələri təsdiqlənib

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:43 1086 baxış Vergi Məcəlləsinə dəyişikliklərdən sonra bir sıra bəyannamələrin forması yenilənib Elpress.az xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən bəzi vergi bəyannamələrinin yeni formaları və onların hazırlanması qaydaları […]

Azərbaycan nefti 100 dolları keçdi

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:15 1100 baxış “Azeri Light”ın qiyməti 3,34 faiz artaraq 101,87 dollara çatıb Elpress.az xəbər verir ki, Dünya neft bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əhəmiyyətli dərəcədə yüksəlib.CIF bazisi […]